Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil – Metyu Brayza

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın da daxil olduğu beynəlxalq nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edib. ADA Universitetinin təşkil etdiyi səfər zamanı diplomat Azərbaycanın Ağdam rayonunda olub.

 

Metyu Brayza Caliber.Az-a verdiyi müsahibədə azad olunmuş ərazilərə səfər təəssüratlarını bölüşüb və ATƏT-in Minsk Qrupunun fəallaşmasını qiymətləndirib:

 

“Bəli, bu yaxınlarda Ağdamda oldum. Bir vaxtlar çiçəklənən gözəl şəhərin məhvinin miqyası məni heyrətləndirdi. Və bu hansısa döyüş əməliyyatları zamanı baş verməyib. Müharibə bitdikdən sonra (Birinci Qarabağ – red.) Ağdamı işğal edən erməni tərəfi şəhəri sadəcə olaraq məhv etməyə qərar verdi. Bu bir növ məhvin barbarcasına təşkili, əmlakın, evlərin qarəti idi”.  

 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son açıqlamasına (hansı ki, yeni məzmun yox idi) toxunan həmsöhbətimiz mətndə lazımi təfərrüatların və ya hər hansı bir əhəmiyyətli mənanın olmadığını qəbul edib.

 

“Düşünürəm ki, onların sadəcə hazırda şərh edəcək heç bir məqam yoxdur. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Qarabağ münaqişəsi artıq həll edilib. Minsk Qrupu münaqişəyə həll yolu tapmaq üçün yaradılmışdı. Həll tapılıb və bu səbəbdən Minsk Qrupunun hələ heç bir işi yoxdur. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonrakı yeni vəziyyətdə hansı faydalı iş görə biləcəklərini düşünməyə dəvət etdi”, – deyə müsahib bildirib.

 

Metyu Brayza qeyd edib ki, erməni tərəfi, əlbəttə ki, münaqişənin hələ həll olunmadığını göstərmək istəyir:

 

“Onlar bəzi hüquqi məsələləri, Qarabağın mümkün “statusunu” (dırnaq işarəsi bizimdir – red.) müzakirə etmək şansının olduğunu düşünürlər. Mən bunun mümkün olacağına əmin deyiləm. Beləliklə, Minsk Qrupunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası kimi başqa işlərlə məşğul olması gərəkdir. Ancaq həmsədrlər hələ nə edəcəyini bilmədikləri üçün mənasız açıqlamalar yayımlayırlar. Qeyd etmək istərdim ki, bir vaxtlar ATƏT-in Minsk Qrupunun işində iştirak etdiyim zaman açıqlamalara çox detallar qoyurduq, nəsə baş verirdi, bir irəliləyişə yaxınlaşırdıq və müvafiq şəkildə ölkələri istiqamətləndirməyə çalışırdıq”.

 

– ATƏT-in Minsk qrupunun, məsələn, Fransanın mövqeyini nəzərə almaqla obyektivliyi barədə nə düşünürsünüz?

 

– Düşünürəm ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunu obyektiv bir struktur kimi qəbul etməyə imkan vermir. Fransa Xarici İşlər naziri Le Drianın Qarabağın statusunun danışıqlar mövzusu olması barədə açıqlamasını xatırlayın. O, bunu 10 Noyabrı Bəyanatından dərhal sonra söylədi. Beləliklə, ya Fransa yenidən necə obyektiv görünə biləcəyini düşünməlidir (hansı ki, demək olar ki, qeyri-mümkün olduğunu düşünürəm), ya da bəli, digər ölkələr də danışıqlar qrupuna əlavə edilməlidir. Ermənistanın Türkiyəni də daxil etməyə razı olacağını düşünmürəm, amma Azərbaycan açıq şəkildə Fransanı Qrupda görmək istəmir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930