Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideyinlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev Haqqın.az-a müsahibəsində bildirib.

O deyib ki, Prezidentin sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və mənzil fondunun bərpası üçün işlər tam gücü ilə davam edir. Bu işə böyük həcmdə vəsait ayrılıb, xüsusi qərargah yaradılıb və həmin qərargah bütün bu irimiqyaslı işləri nizamlayır.

“Həmin kateqoriyadan olan vətəndaşlar arasında, o cümlədən bizim Komitə tərəfindən aparılan sosioloji rəy sorğuları göstərir ki, onların əksəriyyəti əcdadlarının yaşadıqları torpaqlara geri qayıdacaqlarına ümidlərini heç vaxt üzməyiblər. Və mən inanıram ki, onların arzuları yerinə yetiriləcək və hər birinə o torpaqlarda layiqli həyat şəraiti yaradılacaq”, – Rövşən Rzayev belə deyib.

Bəlli olduğu kimi, işğaldan azad edilmiş şəhər və kəndlərin böyük əksəriyyəti viranəlikdən ibarətdir, düşmən bu yaşayış məntəqələrini yer üzündən silib. Bununla belə bəzi şəhər və kəndlər var ki, orada evlər salamatdır. Bəs onillər keçəndən sonra azad edilmiş ərazilərdəki bu və ya digər evin sahibləri öz mülkiyyət hüquqlarını necə təmin edəcəklər? Bunun üçün sənədləri hara təqdim etmək lazımdır?

Qaçqınkom rəhbəri bildirib ki, komitənin elektron məlumat bazasında məcburi köçkünlər və onların ailə üzvləri barədə bütün informasiyalar var. Həmin informasiyalar müvafiq rayonların icra hakimiyyətlərində də toplanıb.

“Biz müntəzəm olaraq əlimizdə olan informasiyaları yoxlayırıq. Ona görə də dövlət bilir ki, azad olunmuş torpaqlarda kimin hansı mülkiyyəti olub. Yəni məcburi köçkünlərin qoyub gəldikləri mülkiyyətlə bağlı problem yaranmalı deyil. Amma məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası bu günün, ola bilsin, sabahın məsələsi deyil. Böyük qayıdış proqramının həyata keçirilməsi üçün vaxt lazımdır. Amma bu, hökmən baş verəcək”, – R.Rzayev qeyd edib.

O, azərbaycanlıların Xankəndiyə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Deyib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır.

R.Rzayev onu da deyib ki, hazırda Qaçqınkomun balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər gösərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək.

“Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”, – o bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930