Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Azərbaycan erməni əsirlər məsləsini həll edib, Rüstəm Muradov isə… – ŞƏRH

Dünən axşam saatlarında Ermənistanda Bakıdan “hərbi əsirlər”in gətiriləcəyi iddiası ilə bağlı xəbər yayılıb. Bildirilib ki, Azərbaycandan növbəti “hərbi əsirlər” qrupu İrəvana yola salınıb. Nəticədə İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar. Lakin “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb.


Bu bir daha onu göstərir ki, Ermənistan tərəfi mühribədən sonra Azərbaycanın nəzarəti altında olan ərazilərdə terror törədən şəxsləri “hərbi əsir” hesab edir. Və onların qanun qarşısında cavab vermədən Ermənistana göndəriləcəyinə ümid edirlər.


Məsələni şərh etməsi üçün Modern.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevlə danışıb.


Hərbi ekspert əsirlərlə bağlı problemin həll edildiyini və bütün hərbi əsirlərin Ermənistana qaytarıldığını bildirib:
 

“Əsirlərlə bağlı problem Azərbaycan tərəfindən artıq tamamilə həll edilib və Ermənistanın Azərbaycanda olan bütün hərbi əsirləri qaytarılıb. Lakin hərbi əməliyyatlardan sonra Azərbaycan tərəfindən Qarabağ ərazisində, xüsusilə də Azərbaycanın nəzarətində olan ərazilərdə saxlanılan şəxslər qətiyyən hərbi əsir kimi təsnifatlandırıla bilməz. Onlar birmənalı olaraq hərbi cinayətlər törətmiş terrorçular hesab olunur. Onların Azərbaycan hüquqları qarşısında cavab verməsi bir çox qaranlıq məqamlara da aydınlıq gətirəcək”.


Ə.Verdiyev qeyd edib ki, Rüstəm Muradov Birinci Qarabağ Müharibəsindən itkin düşmüş və indiyə qədər xəbər çıxmayan vətəndaşlarımızın bir neçəsinin qalıqlarının gətirsəydi, o zaman məsələ tamam fərqli olardı:
 

“Rüstəm Muradovun geri əliboş qayıtması isə bir daha Azərbaycanın bu məsələdə nə qədər qərarlı olduğunu göstərir. Yaxşı olardı ki, general Rüstəm Muradov Birinci Qarabağ Müharibəsindən indiyə qədər xəbər çıxmayan 3 mindən çox itkin vətəndaşımızdan bir neçəsinin cəsəd və  qalıqlarını gətirmiş olardı. Ya da Ermənistanın minalandığı sahələrin xəritələrini Azərbaycana təqdim edərdi. O zaman bu məsələ daha konsturktiv hesab edilərdi.

Azərbaycan hakimiyyəti indiki vəziyyətə kimi 70-dən çox əsiri Ermənistana təhvil verib. Rüstəm Muradov isə Qarabağ ərazisindən erməni silahlılarının çıxarılmasını təmin etməli olduğu halda, bunu gerçəkləşdirməyib. Əfsuslar olsun ki, biz hələ də bu proseslərin vizual və rəsmi açıqlama ilə təsdiqlənməsinə rast gəlmirik”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930