Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

2020-ci il üçün Cəbrayıl rayonunun sosial, iqtisadi inkişafı haqqında

Demoqrafik göstəricilər:  Cəbrayıl rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 78 nəfər təşkil edir.

          01.01.2021-ci il vəziyyətinə rayonun əhalisi 82,2 min nəfər olmuş                          (o, cümlədən şəhər yeri 13,6 min nəfər, kənd yeri 68,6 min nəfər) və 2020-ci il ərzində 545 nəfər, yaxud 0,7 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,1 faizini kişilər (40,4 min nəfər), 50,9 faizini qadınlar (41,8 min nəfər) təşkil edir. Əhalinin 21,9 faizi 0-14 yaşda (18,0 min nəfər), 71,5 faizi 15-64 yaşda (58,8 min nəfər), 6,6 faizi (5,4 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 24,4 faizini (20,1 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

2020-ci il ərzində Cəbrayıl rayonunda 1037 doğulan, 541 nəfər ölən qeydə alınmışdır. 2019-cu il ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı  1,0 faiz azalmışdır. İlin əvvəlindən ölənlərin sayı  541 nəfər olmuşdur. 2019-cu il ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı  1,2 faiz artmışdır.

2020-ci ildə rayonda 249 nikah bağlanmış və 147 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2019-cu il ilə müqayisədə nikahların 2,9 faiz,  boşanma faktlarının sayı isə 0,2 faiz azalmışdır.

           2020-ci il ərzində 53 nəfər  rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş,              4 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Rayon üzrə miqrasiyanın müsbət saldosu 49 nəfər olmuşdur.

Əmək: İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali Cəbrayıl rayonunda   2020-ci ildə 40,0 min nəfər olmuş,ondan  məşğul əhali 37,1 min nəfər, işsiz əhalinin sayı isə 3,4 min nəfər olmuşdur. Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilmiş şəxslərin sayı 1525 nəfərdir. İqtisadi fəal əhali 15 və yuxarı yaşda olan əmək qabiliyyətli rayon əhalisinin 68 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi isə 93,5 faiz olmuşdur.

2020-ci il ərzində rayonda 127 vahid yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.  Ondan da yeni yaradılmış müəssisə və təşkilatlarda 1, mövcud müəssisə və təşkilatlarda 13, fiziki şəxslərdə isə 113 vahid olmuşdur.

2020-ci il ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 491,8 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən illə müqayisədə 21,2 faiz artmışdır.

Sənaye: Cəbrayıl rayonu ərazisində  2020-ci il  ərzində 3 mövcud sənaye müəssisələri fəaliyyət göstərmişdir. Cəbrayıl rayon kənd içməli su təchizatı müəssisəsi, Cəbrayıl Rayon Paylayıcı Elektrik şəbəkəsi, Azərxalça ASC-nin Cəbrayıl filialı fəaliyyət göstərir.

          2020-ci ildə istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 2050,3 min manat olmuşdur. 2019-cu ildə bu göstərici 2138,5 min  manat olmuşdur. Ötən illə müqayisədə istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 4,1 faiz azalmışdır.

           Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2020-ci ildə əmək haqqı fondu 898,1 min  manat olmuşdur. Ötən ildə bu göstərici 825,2 min  manat olmuşdur. Bu da ötən il ilə müqayisədə 108,8 faiz deməkdir.     

          Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2020-ci ildə 362,7 manat, ötən ildə bu göstərici 332,9 manat olmuşdur. Bu da ötən il ilə  müqayisədə 109,0 faiz  deməkdir.

          Əsaslı tikinti və investisiya:  Rayon üzrə tikinti təşkilatlarının 2020-ci ildə öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 5921,2 min manat olmuşdur.

          Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin  dəyəri 2465,3 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilə nisbətən  2,4 dəfə  artmışdır.  

          Tikinti təşkilatlarında ilin əvvəlindən 105 nəfər çalışmışdır. Onlara 591,9 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 469,0 manat olmuşdur. Ötən ildə isə tikinti təşkilatlarında 100 nəfər calışmış, onlara 481,2 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 403,0 manat olmuşdur. Bu rəqəmləri müqayisə etsək görərik ki, il ərzində bir işçiyə düşən orta aylıq əmək haqqı ötən ilə nisbətən  116,4  faiz təşkil edir.  

        Kənd təsərrüfatı: Cəbrayıl rayonu üzrə 2019-cu ildə kənd təsərrüfatı  məhsullarının istehsalı 4035 hektar əkin sahəsindən götürülmüşdürsə, 2020-ci ilin kənd təsərrüfatı məhsullarının istehsalı isə 3494  hektar əkin sahəsindən məhsul götürülmüşdür. Bu əkin sahələrinin əsas hissəsi ailə kəndli  və ev təsərrüfatlarının payına düşür.                                        

          Əkin sahələrinin 1446 hektarını buğda, 668  hektarını arpa, 8 hektarını şəkər çuğunduru, 30,6  hektarını kartof, 64 hektarını tərəvəz, 1,4 hektarını bostan, 327 hektarını cari ilin çoxillik otları, 948 hektarını isə keçmiş illərin çoxillik ot bitkiləri təşkil edir.   

          01 yanvar 2021-ci  il vəziyyətinə əkin altında olan sahədən 7191,0 ton dənli və paxlalı o cümlədən (5041,0 ton buğda, 2150,0 ton arpa), 542,0 ton kartof, 1059,1 ton tərəvəz istehsal olunmuşdur.                

         01 yanvar 2021-ci il tarixə heyvandarlıq sahəsində qənaətbəxş vəziyyət olmuşdur. Belə ki, qeyd edilən dövrdə rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında  10956 baş iri buynuzlu mal-qara, o cümlədən 4302 baş inək və camış, 100348 baş qoyun və keçi, 117297 baş quşlar mövcud olmuşdur.

         01 yanvar 2021-ci  il tarixə mövcud olan mal-qaranın sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iri buynuzlu mal-qara 199 baş, o, cümlədən inək və camış 116 baş, qoyun və keçilərin sayı isə 307 baş, 1766 baş quş artmışdır.                                                 

         Baxılan dövrdə rayon üzrə ət istehsalı 2315,0  ton (dirı çəkidə), süd istehsalı 8572,0  ton, yumurta istehsalı 5670 min ədəd, yun istehsalı isə  164,0 ton olmuşdur.                                 

          2020-ci ildə kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 21811,7 min manat, o cümlədən heyvandarlıq üzrə  17091,4 min manat, bitkiçilik üzrə 4720,3 min manat olmuşdur.

Cəbrayıl rayonunun əhalisinin məskunlaşdığı ərazilərdə 01 yanvar 2021-ci il vəziyyətinə aparılmış mal-qaranın uçotu yekunlarını nəzərdən keçirdikdə müəyyən olunmuşdur ki, 2020-ci ildə təsərrüfatların sayı əvvəlki ilə nisbətən 251  təsərrüfat  çox olmuşdur.

01.01.2021-ci il vəziyyətinə əhali təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 10956 (o cümlədən camış naxırının sayı 12), inək və camışların sayı 4302                  (o cümlədən camışların sayı 8), qoyun və keçilərin sayı 100348 (o cümlədən keçilərin sayı  3251), atların sayı 180, dəvələrin sayı 63, quşların sayı isə   117297 baş və 1343 arı ailəsi olmuşdur.

           Nəqliyyat və rabitə:  Rayon üzrə  2020-ci ildə dövlət rabitə və nəqliyyat müəssisələrində göstərilmiş xidmətlərinin həcmi 212,7 min manat, başqa sözlə keçən illə müqayisədə 114,4 faiz olmuşdur.

 

 

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi                                                                                        

Sahib Süleymanov

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031