“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

Ətraflı

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ətraflı

Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi.

 

Qafqazda hərbi əməliyyat aparan rus qoşunlarının baş komandanı İ.F.Paskeviç, hələ müharibə başa çatmamış, 1827-ci il oktyabrın 6-da İrəvanda “müvəqqəti idarə” təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general – leytenant Krakovski (sədr), N. Aştaraketsi və İrəvan qalasının komendatı podpolkovnik Borodin. Türkmənçay müqaviləsi (1828-ci il, 10 fevral) bağlandıqdan sonra, Naxçıvan və İrəvan xanlıqlarının idarəçiliyi dəyişdirildi. Çar I Nikolayın (1825-1855-ci illər) sərəncamı ilə (1828-ci il, 21 mart) həmin xanlıqlar əsasında “Erməni vilayəti” adlı müvəqqəti inzibati – idarə yarandı. Göründüyü kimi Rusiya hakimiyyəti dövründə də bu torpaqlar Ermənistan deyil, “Erməni vilayəti” adlandırılmışdı. Vilayət idarəsi vilayət rəisindən, iki rus müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan (iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, digəri erməni icmasından idi. Çar hökümətinin tarixi Azərbaycan torpaqları əsasında “Erməni vilayəti” yaratması ilə I Pyotrdan başlayaraq ermənipərəst siyasətin həyata keçirildiyi təsdiq olunurdu. “Erməni vilayəti” iki əyalətdən – İrəvan və Naxçıvan əyalətlərindən ibarət idi.

 

Çarizmin və onunla əlbir olan ermənilərin Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan bölgələrini “Erməni vilayəti” kimi qələmə verməsini təkzibedilməz tarixi faktlar rədd edir. Çünki çar Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə kütləvi surətdə köçürməsindən əvvəl, sonradan “Erməni vilayəti” adlandırılan ərazinin əhalisi 107224 nəfər idi. Əhalinin 76.24% -ni azərbaycanlılar, 23.45% -ni ermənilər təşkil edirdi. Azərbaycanlıların əhalinin etnik tərkibində bu cür üstünlüyü təşkil etməsi həmin torpaqların tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edən inkaredilməz faktdır. 1826-1828-ci illər Rusiya – İran müharibəsi dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçürülməsi nəticəsində əhalinin etnik tərkibi dəyişdi.

 

Fransız mınşəli rus tədqiqatçısı İ.İ.Şopenin 1829-1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirinin nəticələrinə görə, artıq burada 31201ailə, 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 16078 ailə (51.53%), 81749 nəfər (49.71%) müsəlmanlar (azərbaycanlılar); 4428 ailə (14.19%) 25151 nəfər (15.29% köçürməyədək burada yaşayan ermənilər; 6949 ailə (22.27%), 35560 nəfər (21.62%) İrandan köçürülmüş ermənilər; 3682 ailə (11.80%), 21666 nəfər (13.17%) Türkiyədən köçürülmüş ermənilər idi. Bu faktlardan aydın olduğu kimi vilayətə İran və Türkiyədən birgə 10631 ailə (bütün ailələrin 34.07%-i), 57226 nəfər (34.79%) erməni köçürülmüşdü. Belə bir vəziyyət İrəvan şəhərində də müşahidə edilirdi. Rusiyanın İrəvanı işğal etdiyi dövrdə burada 1807 azərbaycanlı ailəsi, yaxud 7331 nəfər (3749 kişi, 3582 qadın), 567 erməni ailəsi, yaxud 2369 nəfər (1220 kişi, 1149 qadın) qeydə alınmışdı.

 

O zaman İrəvanın 9700 nəfərlik əhalisinin 75.6% -i azərbaycanlı, 24.4% -i erməni idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı İrəvan şəhərində də artdı. 1829-1832-ci illərdə həyata keçirilən kameral təsvirə görə İrəvan şəhərinə İrandan 366 erməni ailəsi, yaxud 1715 nəfər (903 qadın, 812 kişi), Türkiyədən 11 ailə, yaxud 48 nəfər (25 kişi, 23 qadın) köçürülmüşdü. Bu köçürmə nəticəsində İrəvan şəhəri əhalisinin sayı ermənilərin hesabına artaraq 11463 nəfərə çatmışdı. Nəticədə azərbaycanlıların sayı 64% -ə enmiş, ermənilərin sayı isə 36%-ə qalxmışdı. Bu siyasət sonralar da davam etdirilmişdi. Beləliklə, çar höküməti Şimali Azərbaycanın işğalı zamanı ermənilərin çar ordusuna göstərdiyi “xidmət” müqabilində onlara işğal olunmuş Azərbaycan torpaqlarında Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” adlandırılan ərazini “bəxşiş” verdi.

 

Bununla ermənilər çar Rusiyasının himayəsi və köməyi ilə Cənubi Qafqazda özlərinə ərazi bazası yaratdılar. Bundan sonra ermənilər çar Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində fəal rol oynadılar. Çar höküməti Cənubi Qafqazın işğalını və burada möhkəmlənməklə bağlı siyasətini həyata keçirdikdən sonra 1840- ci il 10 aprel qanunu ilə “Erməni vilayəti”ni ləğv etdi. İrəvan və Naxçıvan əyalətləri qəzalara çevrildi1.

 

Çar I Nikolayın fərmanı ilə 1849 –cu il iyunun 9- da keçmiş “Erməni vilayəti” və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi inzibati ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmiədzin, Naxçıvan, Novobayazid, Şərur- Dərələyəz və Sürməli qəzalarına bölündü.

 

İrəvan quberniyasının ərazisi 23194.79 kv. Verst (1 verst = 1.0668 km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniyada 1120242 nəfər əhali yaşayırdı. Hər kv. Verstə 48.3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52.6%) kişi, 531117 nəfəri (47.4%) qadın, 1014868 nəfəri (90.6%) yerli sakinlər, 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi. Çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək siyasəti Türkmənçay müqaviləsindən sonra ardıcıl surətdə həyata keçirilmişdi. Ermənilərin İrəvan quberniyasına köçürülməsi 1877-1878-ci illər Rusiya –Türkiyə müharibəsi dövründə, XIX əsrin əvvəllərində də ardıcıl olaraq davam etdirilmişdi.

 

Bütün bunlara baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il təqviminin məlumatına görə, 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi.

 

Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı 5 şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin qalan hissəsi – 967683 nəfər (88,17%) isə qəzalarda, o cümlədən İrəvanda (154331nəfər), Naxçıvanda (122208), Sürməlidə (104791), Şərur – Dərələyəzdə (90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisinin 18,9%-ni (25044 nəfər), qəzaların əhalisinin isə 35,3% -ni (348538 nəfər), təşkil edirdi.

 

F.Əliyev, U.Həsənov “İrəvan xanlığı”, Bakı, “Şərq-Qərb”, 2007

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.07.2021, 16:20

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

• 28.07.2021, 15:43

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

• 28.07.2021, 15:42

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı – SƏRƏNCAM

• 28.07.2021, 15:40

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

• 28.07.2021, 15:34

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisinə pul ayırdı

• 28.07.2021, 15:19

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

• 28.07.2021, 15:14

Qarabağın yeni yolları: Murovdağın altından 12 km-lik tunel

• 28.07.2021, 15:11

Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

• 28.07.2021, 15:10

“Yolumuz Qarabağadır…”

• 28.07.2021, 15:07

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

• 28.07.2021, 14:54

Ermənilərin Qarabağa köçürülməsi

• 28.07.2021, 14:51

İsveçli mayorun “erməni soyqırımı” iddialarını yalanlayan məktubu

• 28.07.2021, 14:46

Cüdo millimizdən biabırçı çıxış

• 28.07.2021, 14:44

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar

• 28.07.2021, 14:41

“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

• 28.07.2021, 14:39

Bakının İrəvana son barışıq jesti – acizin yox, qalibin və güclünün jesti!..

• 28.07.2021, 14:36

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə qovdular

• 28.07.2021, 14:34

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

• 28.07.2021, 14:30

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

• 28.07.2021, 14:08

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

• 28.07.2021, 13:59

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

• 28.07.2021, 13:57

Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI

• 28.07.2021, 13:54

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

• 28.07.2021, 13:47

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

• 28.07.2021, 10:09

Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir – Mustafa Şentop

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2021
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
1234567
891011121314
15161718192021
22232425262728
293031