Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı

Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlər heç də arzuedilən deyil. Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən yaşanan tənəzzül meyilləri 2008-ci il böhranından daha dərin olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, yeni növ koronavirus pandemiyası başlayandan bəri təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Azərbaycanın adının bu siyahıda olmadığını deyən deputat qeyd edib ki, ölkəmiz pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır:
“Bundan başqa, məsuliyyətli dövlət olan Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə töhfə olaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon ABŞ dolları həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə Prezident İlham Əliyevin təşəbbüsü ilə təxminən 5 milyon insanı əhatə edən sosial dəstək proqramı reallaşdırılıb. Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı”.

A.Hüseynov bütün bunların təməlində Azərbaycanın güclü iqtisadiyyatının dayandığını bildirib. "Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. Bu gün milli iqtisadiyyatımız mənfi xarici şoklara müqavimət göstərmək iqtidarındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir:

“Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilməsi sıradan bir hadisə sayıla bilməz. Diqqət yetirək, Dünya Bankının yenidən işlənmiş "Doing Business" hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Sözügedən hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin islahatçı obrazı əmsalına görə respublikamız beşinci sırada gəlir. Hökumətin uzunmüddətli strategiyası indeksi üzrə ölkəmiz 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsi əmsalına görə isə 11-ci yerə layiq görülüb.

Respublikamızda aparılan infrastruktur quruculuğuna verilən qiymət də kifayət qədər yüksəkdir. Beləliklə, dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə Azərbaycan 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi indeksinə görə isə 12-ci yerdə qərarlaşıb. Ölkəmiz avtomobil yollarının keyfiyyəti indeksi üzrə dünyada 24-27-ci yerləri bölüşür. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir".

A.Hüseynov əlavə edib ki, bəhs olunan hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb: "Dünya səviyyəsində etiraf olunan bu uğurların arxasında Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət dayanır. Son 17 ildə Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun qurub ki, bu da uğurlarımızı şərtləndirir".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031