Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Fərhad Bədəlbəyli: “Bunlarsız Şuşa simvola çevrilməyəcək…”

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Fərhad müəllim, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi. Bu haqda fikirlərinizi öyrənmək istərdik.

– Şuşanın Azərbaycanının mədəniyyətinin paytaxtı elan edilməsi bizi çox sevindirdi. Bu prosesdə xüsusi ilə Qarabağ Dirçəliş Fondu çox mühüm rol oynayacaq. Mən Azərbaycan vətəndaşları arasında sorğu keçirmək istəyirəm ki, Şuşanı necə görmək istəyirsiniz? Hər bir tələbə, şagird, fəhlə, ziyalı, məmur öz fikrini bildirsin. Çünki bərpa olunan Şuşa millətin simvolu sayılacaq.

Bütün dünya bilir ki, müharibə Şuşa uğrunda gedirdi. Şuşa işğaldan azad edildikdən sonra müharibə bitdi, əsas məsələ Şuşa idi. Şuşa hamımız üçün çox əzizdir. Bu haqda hər bir azərbaycanlının mövqeyi və fikrini öyrənmək lazımdır. Şuşamızın inkişafı mənim üçün çox maraqlıdır. Şəhər necə olacaq? Mən Şuşanı qədim stildə görürəm.

Məsələn, sovet dövründə Şuşada “xruşovkalar” tikib, şəhəri korlaylblar. Zövqsüz binalar inşa ediblər. Yeni Şuşa tamam başqa şəhər olmalıdır. Qədim ruhunu ona qaytarmalıyıq. Necə ki, İçərişəhəri bərpa elədik. İndi İçərişəhər xarici qonaqlar üçün çox maraqlıdır. Şuşa da turizmin paytaxtı olmalıdır. Orada musiqi festivalları keçirilməlidir.

Cənab prezident İlham Əliyev bildirdi ki, Vaqif poeziya günləri və "Xarı Bülbül" festivalı qeyd edilməlidir. "Xarı Bülbül" festivalını 1989-cu ildə dostum Polad Bülbüloğlu təşkil edib. O zaman mədəniyyət naziri idi. Çox çətin illər idi, ermənilər çirkin işlərlə məşğul olurdular. O illərdə bu festivalı keçirmək çox çətin idi, amma biz bunu bacardıq. Çox sayda qonaqlar gəlmişdi. Çörək tapılmırdı, güclə qonaqları yedizdirirdik.

Amma indi hər cür imkanımız var. Orada, inşallah, bu festivalı keçirməli, cənab prezidentin tapşırığını yerinə yetirməliyik.

– Yaxın günlərdə bir çox məşhurlarımız Şuşaya getdilər, Gövhər ağa məscidində oldular. Siz nə zaman getməyi düşünürsünüz?

– Sizə açığını deyim, Şuşaya getmək üçün Polad Bülbüloğlunu gözləyirəm. Çünki Şuşaya həmişə birlikdə gedirdik. Həyatımda ən xoşbəxt günlər idi. İstəyirəm ki, Şuşaya yenə Polad Bülbüloğlu ilə birlikdə gedim.

– Şuşada bir çox mədəniyyət mərkəzləri dağıdılıb. Bu sahədə nələrə ehtiyac var?

– Şuşada Polad Bülbüloğlu ilə Elitar Musiqi Məktəbi açmaq fikirləşirik. Muğam yarışları, müsabiqələri, festivalları keçirilməli, musiqi məktəbi yaradılmalıdır. Bizim qarabağlı xanəndələrimiz orada ustad dərsləri keçməlidirlər. Şuşada il ərzində qaynar fəaliyyət və mədəniyyət ab-havası hiss edilməlidir. Şuşaya tez-tez getməliyik. Cıdır düzündə müntəzəm tədbirlər təşkil olunmalıdır.

Vaxtilə Şuşada Cıdır düzündə maestro Niyazi ilə simfonik orkestrdə çıxış etmişik. Orada möhtəşəm bir həyat var idi, indi də onu bərpa etmək lazımdır.

– Qarabağda televiziya açılmasına ehtiyac varmı?

– Bəli, düşünürəm ki, Qarabağda televiziya açılması yaxşı olar. Təbliğat üçün bütün müasir texnika ilə təchiz olunmalıdır. Telestudiya qurulmalı, bütün dünyaya informasiya ötürməliyik. İndi ermənilərə həm informasiya, həm də hərbi sahədə qalib gəlirik. Hər bir azərbaycanlı bir döyüşçü olmalıdır…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031