Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağda gözlənilməz dəyişiklik: Putin razılaşmanı pozdu – Türkiyə KİV

Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanan razılaşma çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri sənədin müddəalarını pozub.

 

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal sayı 5 min nəfəri keçib.

 

Rusiya rəhbərliyi mövcud hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyində çalışan məmurlar, texniki mütəxəssislər, səhiyyə müəssisələrində işləyəcək həkim və tibb bacıları ilə birlikdə bölgəyə inşaat işlərində çalışmaq üçün texniklər də göndərib. Bölgədə rus sayının daha da artmasından əndişə edilir.

 

Rusiya sülhməramlı qüvvələri ilə bölgəyə gələn hərbçilərin Qarabağın dağlıq bölgələrində tam təchizatlı təlimlər keçməsi də beyinləri qarışdırır. İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma “DQR”in “rəhbərləri” ilə görüşən Rusiya hərbçilərinin buradan yaydıqları səmimi görüntüləri Azərbaycan ictimaiyyəti arasında narahatlıq yaradır. Bölgədə Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə aktiv fəaliyyət göstərərək, müxtəlif hücumlar təşkil etməsi insanlarda sual yaradır.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, qarabağlı Umud Mirzəyev, “İmzalanan müqaviləyə görə, Rusiya sülhməramlı qüvvələrində 1960 əsgər olmalı idi. Bu sayın 5-10 min olduğunu düşünmürəm, amma ruslar daha çox adam göndərdi. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı dəstələr tamamilə çıxarılmalı idi. Rusiya komandanlığı erməni kəşfiyyat zabitlərinə çox xoş münasibət bəsləyir. Qondarma “DQR”in “bayrağı” altında müxtəlif pozalar verirlər, bunlar ürək açan məsələlər deyil. Azərbaycan ordusu ilə birlikdə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələdə qərarlar verilməlidir”, – deyib.

 

Rusiyasülhməramlılarının komandirinin Xankəndini ziyarət etdiyini xatırladan Bayburt Universitetinin əməkdaşı Dr. Ramin Sadıqov bunları deyib:

 

“Burada sülhməramlı qüvvələrə qarşılama mərasimi keçirildi. Tort kəsildi, amma tortun üzərində iki bayraq vardı. Separatçı qüvvələrin “bayraqları” olan bu pozalar cəmiyyətdə birmənalı qarşılanmır”.

 

Rusların, razılaşmanın ziddinə olaraq, separatçı qüvvələri tərəf kimi görmələrinin səhv olduğunu qeyd edən Sadıqov deyib ki, rəsmi olaraq hesabat verməsələr də, davranışları tərəf olduqlarını göstərir:

 

“Qondarma “fövqəladə hallar qüvvələri”, qondarma “dövlət məmurları” ilə görüşürlər. Bunlar konsensusa zidd olan davranışlardır”. Ramin Sadıqova qeyd edib ki, orada tərəf Azərbaycan və Ermənistandır.

 

Rusiyalı ekspert Maksim Şevçenkonun son zamanlarda verdiyi açıqlamalara diqqət çəkən Ramin Sadıqov bildirib ki, rusiyalı mütəxəssis bölgədə 32 modul zastavasının inşasının gözlənildiyini açıqlayıb.

 

“Şevçenko 32 polis bölməsinin hər birində 300 nəfərin yerləşəcəyini bildirir və dəqiq bir hesablama aparır. Bu hesablamaya görə, bölgəyə gedəcək rus əsgərlərinin sayı 10 minə çatır”.

 

Sözügedən polis bölmələrindən ikisinin tikildiyini qeyd edən Sadıqov, qalan binaların nə zaman tikiləcəyinin məlum olmadığını bildirib. (avropa.info)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031