Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Koçaryan-Sarkisyan hərbi xuntası öz xalqını səfil gününə salmışdı” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Ordusunun erməni təxribatına qarşı 44 günlük əks hücüm əməliyyatı Zəfərimizlə yanaşı, Ermənistan dövlətinin bütünlüklə çürüdüyünü də fakt olaraq ortaya qoydu. Bütün dünyaya və eləcə də erməni cəmiyyətinə sübut olundu ki, faşist ideologiyasına söykənən bütün dövlətlərin son aqibəti budur". Bunu "Səs" qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Ermənistanda uzun illər hakimiyyətdə olan Koçaryan-Sarkisyan hərbi xuntası öz xalqını apardıqları işğalçılıq siyasəti ilə səfil gününə salmaqla inkişafdan çox geri qoydular: "Küçədən Soros himayəsi ilə hakimiyyətə gələn Paşinyan erməni cəmiyyətində bir inam yaratdı. Erməni xalqı Paşinyandan daha fərqli siyasət gözləsələr də, mahiyyət etibarı ilə Koçaryan-Sarkisyan rejiminin apardığı siyasətin davam etdirilməsinin şahidi oldular. Azərbaycan cəmiyyəti də Paşinyandan işğal olunmuş torpaqlarımızla bağlı daha sağlam düşüncəli siyasətin aparılacağını gözləyirdi. Lakin tam tərsinə, Paşinyan hökumətindən daha qızışdırıcı bəyanatlar eşidilməyə başladı. Yeni torpaqların işğal edilməsi ilə bağlı hədələyici çağırışlar erməni rəsmilərinin leksikonunda yer almağa başladı. Paşinyan isə daha uzağa gedərək "Qarabağ Ermənistanın nöqtə" deməklə əsl kimliyini ortaya qoydu. Bununla kifayətlənməyərək işğal altında olan Şuşa şəhərinə gəlməklə, orada Cıdır düzündə sərxoş vəziyyətdə yallı oynadı. Bütün bunlardan sonra isə təmas xəttində erməni silahlı qüvvələri təxribatlara əl ataraq dinc sakinlərimizi və əsgərlərimizi qətlə yetirməyə başladılar. Əslində, Paşinyan hökuməti bu hərəkətləri ilə aldatdıqları erməni xalqının fikrini başqa istiqamətə yönəltməyi düşünür və vaxt qazanmaq istəyirdilər".

A.Xəlilov onu da bildirdi ki, küçələrdə xalqa yalan vədlər verərək hakimiyyətə gələn Paşinyan məhv olunmuş Ermənistan iqtisadiyyatını inkişaf etdirmək iqtidarında olmadığını dərk edərək bu cür əməllərlə vəziyyətdən çıxmağa çalışır, Qərbin və erməni diasporunun maliyyə yardımlarını almağı düşünürdü: "Çünki başqa cür də ola bilməzdi, Ermənistan iqtisadiyyatının dirçəldilməsinin əsas yolu Azərbaycanla müharibəyə son vermək və regional iqtisadi layihələrə qoşulmaqdan keçirdi. Lakin Paşinyan hökuməti sələflərinin etdiyi səhvi təkrar edərək demokratiya adı altında faşist ideologiyasını davam etdirərək öz xalqını bugünkü rüsvayçı məğlubiyyətə məhkum etdi. Azərbaycan ordusu öz fatehi, Ali Baş Komandanının qətiyyətli siyasəti ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunu bütünlüklə darmadağın etdi. Çoxlu sayda canlı qüvvə və texnikaları sıradan çıxarıldı. Əsgəri itkilərini cəmiyyətdən gizlətməyə çalışsalar da bu gün İrəvan küçələrinə çıxan itgin düşən əsgər analarının sayı öz sözünü deyir. Artıq öz hökumətlərinə inamını itirən bu analar Azərbaycan prezidentindən yardım istəyir. Bu isə o deməkdir ki, erməni xalqı bu gün siyasi rəhbərlikdən məhrumdur. Onu idarə edən hökumət yoxdur və formal xarakter daşıyır. Xalq onu aldadan və səhv siyasəti ilə uçuruma aparan hökumətə tam etimadsızlıq nümayiş etdirir. Hesab edirəm ki, nəhayət erməni xalqı 100 ildən artıqdır apardığı bu axmaq siyasətdən əl çəkərək özlərinə düzgün siyasət quracaq sağlam düşüncəli hökumət formalaşdıracaq və qonşuları ilə dinc şəraitdə yaşamağı öyrənəcəklər. Bunu edə bilməsələr daha böyük faciələr onları gözləyəcəkdir".

Müəllif: Gülyana

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031