“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

Ətraflı

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

Ətraflı

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

Ətraflı

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

Ətraflı

“Hər bir qadın qalib zabitin həyat yoldaşı olmaq istər”

Vətən müharibəsində 27 jurnalist döyüşçü kimi torpaqlarımızın azad edilməsi uğrunda müharibədə iştirak edir.

Döyüşə yollananlardan biri də rəsmi dövlət qəzeti “Azərbaycan”ın əməkdaşı Rəşad Baxşəliyevdir. O. Hazırda baş leytenant kimi Şuşada hərbi xidmətdədir.

 

Modern.az-ın əməkdaşı Rəşad Baxşəliyevin həyat yoldaşı Raminə xanımla həmsöhbət olub.

 

– Raminə xanım, həyat yoldaşınızla danışırsınızmı, indi hansı istiqamətdədir?
 

– Bəli, tez-tez danışırıq. Sonuncu dəfə Şuşa istiqamətində idi. Mümkün qədər bizimlə əlaqə yaratmağa çalışır.

 

 Rəşad bəyin döyüşlərdə iştirakından hər kəs gec xəbər tutdu. Könüllü qatılmışdı, yoxsa səfərbərliklə çağırıldı?


– Rəşad jurnalist olmaqla yanaşı, ehtiyatda olan zabitdir. Onu elə döyüşlər başlayanda leytenant kimi orduya çağırdılar. Müharibədə xidmətlərinə görə artıq baş leytenant rütbəsinə layiq görülüb. Amma onu da deməliyəm ki, hələ döyüşlər başlamazdan öncə, ölkə başçısı səfərbərlik üçün çağırış edəndə, Rəşad da bizə xəbər vermədən könüllü orduya yazılmışdı. Mən özüm də onun könüllü qeydiyyatdan keçdiyini sonradan öyrəndim.

 

– Əsgər yolu gözləmək həm qürurlu, həm də mənəvi cəhətdən çətindir. Ömür-gün yoldaşınızı müharibəyə uğurlayanda hansı hissləri keçirdiniz?


 Doğrudur, insan həm qürurlanır, həm də həyəcanlanır, bir az da kədərlənir… Rəşad orduya gedəndə qızımız xəstə idi, xəstəxanada müalicə alırdı. Səfərbərlikdən çağırış gələn kimi, o heç nəyi düşünmədi, övladlarımızı mənə əmanət edib, bizi elə xəstəxanada qoyub, getməli oldu.

 


– Bəs övladlarınız
 onu necə yola saldılar? Darıxırlar ataları üçün?


– Uşaqlar atalarını çox sevirlər. Həm Qarabağın azad olunmasını istəyirdilər, həm də Rəşadın getməyini qəbul etmirdilər. Ancaq Rəşad uşaqları başa saldı ki, əgər Qarabağı istəyirsinizsə, atanız da Qarabağda vuruşmalıdır. Dediyim kimi, onda qızımız da xəstəxanada idi, başımız ona qarışmışdı. Rəşadın ani gedişi də bizi bir az da çətinə saldı. İndi şükürlər olsun, hər şey qaydasındadır. Uşaqlar ataları üçün çox darıxırlar, səbirsizliklə yolunu gözləyirlər, hətta diqqət edirəm ki, məndən gizli saxladıqları var, atalarına nəsə sürpriz hazırlayıblar.

 

– Rəşad bəyin müharibədən əvvəl arxa cəbhədəki fəaliyyətindən də danışaq…
 

– O, həm jurnalist, həm də ehtiyatda olan zabit kimi Vətənin müdafiəsinə həmişə hazır idi. Heç vaxt dayanmırdı. Jurnalist olaraq, arxa cəbhədə də müharibə ilə bağlı çoxlu yazılar yazırdı. Həmişə arzulayırdı ki, torpaqlarımız işğaldan azad olunsun və bu mübarizədə onun da payı olsun. Müharibəyə getmək üçün hər zaman hazır dayanmışdı. Mən Rəşad qədər vətəninə bağlı insan təsəvvür etmirəm. Onu gözünü qırpmadan döyüşə aparan qüvvə də məhz bu vətən sevgisidir.

 

– Qalib əsgərin ailəsi olmaq necə duyğudur? Torpaqlarımızın  azad olunması ilə bağlı heç sizi müjdələdiyi olmuşdumu?


– Elə Qələbə xəbəri yayılan zaman Rəşad da zəng vurmuşdu. İnanın, elə sevincli idi ki… Hamımızı təbrik etdi, hətta bir anlıq sevincdən kövrəldiyini də hiss elədim. O qədər sevincli idi ki, təsəvvür edə bilməzsiniz. Məncə hər bir xanım qalib zabitin həyat yoldaşı olmaq istər. Bu, tamam başqa hissdir. Evdə də, bayırda da, hətta övladlarının yanında da qürurlu olursan. Bütün ətraf da sənə sayğı ilə yanaşır. İnşallah, Rəşad geri dönəndən sonra daha yaxşı müsahibə verərəm. İndi mənə elə gəlir ki, özümü tam ifadə edə bilmirəm.

 


 Həyat yoldaşınız heç Sizə müharibədə yaşadıqlarından danışıbmı? Əsgər yoldaşlarından qazilər, şəhidlər olubmu?
 

– Rəşad söz danışma məsələsində əvvldən xəsis olub. İşlə bağlı evdə heç vaxt müzakirə açmayıb. İndi isə döyüşdədir. Nəsə soruşanda deyir ki, qayıdanda hər şeyi danışacaq.

Sadəcə demişdi ki, bizim də qardaşlarımızdan şəhid olanlar var.

 

– Sizin kimi əsgər yolu gözləyən xanımlarımıza sözünüz varmı?


– Bilirsiniz, indi elə qəribə, qarışıq duyğular içərisindəyik ki, bunu sözlə ifadə etmək çətindir. Bir gözümüz şəhidlərimiz üçün ağlasa da, bir gözümüz gülür, çünki qalib gəlmişik. 30 ilə yaxındır, düşmən tapdağında olan torpaqlarımızı azad etmişik. Allah şəhidlərimizə rəhmət eləsin, məzarları nurla dolsun, ailələrinə isə səbrli olmağı diləyirəm. Cəbhədə olan əsgərlərimiz isə sağ-salamat evlərinə qayıtsın, bizə sadəcə səbrlə, qürurla gözləmək qalır. Allah bütün əsgərləri qorusun!

Rəşada isə demək istəyirəm ki, uşaqlar səni çox sevir.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2021, 16:34

Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür – Kamaləddin Qafarov

• 28.09.2021, 16:32

Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi – Livanlı ekspert

• 28.09.2021, 15:25

“Araik Azərbaycan hərbçilərinin tələbini yerinə yetirməyə məcbur oldu…”

• 28.09.2021, 15:23

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

• 28.09.2021, 12:09

Azərbaycanın qələbəsində həlledici rolu Prezident İlham Əliyevin hazırladığı və reallaşdırdığı düzgün strategiya və taktika oynayıb – Tatyana Poloskova

• 27.09.2021, 16:55

“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

• 27.09.2021, 15:43

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

• 27.09.2021, 15:38

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

• 27.09.2021, 15:34

Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

• 27.09.2021, 15:32

Gürcüstandan Bakı və Yerevana “Qafqaz platforması” TƏKLİFİ

• 27.09.2021, 15:29

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

• 27.09.2021, 15:27

İlham Əliyev Gorus-Qafan yolunda saxlanılan İran TIR-larından danışdı: “O qədər çirkin bir iş gördülər ki…”

• 27.09.2021, 15:25

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu

• 27.09.2021, 15:22

Prezident və birinci xanım yürüşdə iştirak etdi – FOTOLAR

• 27.09.2021, 15:20

Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR

• 24.09.2021, 15:01

Rəhman Hacıyev QHT nümayəndələri ilə görüşüb

• 24.09.2021, 14:16

Azərbaycanda Rusiyaya münasibət… – Prezident

• 24.09.2021, 14:13

Aşotyan: Əliyev hər kəsi başa saldı ki, bununla barışmalısınız

• 24.09.2021, 14:10

Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

• 24.09.2021, 14:02

Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər – Prezident

• 24.09.2021, 13:54

Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu… – İlham Əliyev

• 24.09.2021, 13:48

İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI

• 24.09.2021, 10:38

Prezident İlham Əliyev dünya ölkələrini “Dağlıq Qarabağ” adından istifadə etməməyə çağırıb

• 24.09.2021, 10:30

Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031