Anar Xəlilov: “Ermənilər bir daha iki qardaş ölkənin yumruğunun gücünü gördülər”
Dekabrın 10-da Vətəb müharibəsində qələbəmiz münasibətilə möhtəşəm Zəfər paradı keçirildi. Zəfər paradında Ali Baş komandan cənab İlham Əliyevlə yanaşı, qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi". Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycana mənəvi siyasi dəstək olan qardaş Türkiyənin qələbəmizin qazanılmasında müstəsna xidmətləri oldu: "Məhz bu səbəbdən Zəfər paradında iki qardaş ölkənin liderlərinin və hərbçilərinin birgə iştirakı Ümummilli Lider Heydər Əliyevin dediyi kimi "iki dövlət bir millət" sözünün layiqli təsdiqi idi. Qardaş ölkənin liderinin çıxışında da bir daha bütün dünyaya mesaj olaraq bəyan edildi ki, Türkiyə və Azərbaycan bir-birinə dəstəkdir, arxadır, dayaqdır. Bu iki dövlətin maraqları qardaşlıq prinsipinə uyğun olaraq daim üst-üstə düşəcəkdir. Bu sarsılmaz birliyi dünyada heç bir qüvvə poza bilməz. Əksinə dünyada dostlarımız və düşmənlərimiz eyni olacaqdır. Bütün düşmənlərimizə qarşı daim birgə mübarizə aparacaq və maraqlarımızı qoruyacağıq. 44 günlük Vətən müharibəsi Azərbaycan və Türkiyə qardaşlığının möhkəm təməllər üzərində qurulduğunu bir daha əyani sübut etdi".
A.Xəlilov onu da bildirdi ki, Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək cəbhədə Azərbaycan ordusunun şanlı qələbə qazanmasına mənəvi dəstək oldu: "Azərbaycan xalqı tək özünü bütün dünya tərəfindən bütün istiqamətlərdə dəstəklənən Ermənistan qarşısında tək hiss etmədi. Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti, qardaş Türkiyənin mənəvi dəstəyi bu qələbənin qazanılmasını təmin etdi. Ermənilər rüsvayçı məğlubiyyətə uğradılar. 100 il öncə olduğu kimi ermənilər bir daha iki qardaş ölkənin yumuruğunun gücünü başlarında hiss etdilər. Ermənilər bu regionun iki lider dövlətinin gücünü və birliyini bir daha cəzasını almaqla gördü. Ümid edirəm ki, bu tarixi dərsdən ermənilər nəhayət nəticə çıxardaraq böyük güclərin əlində alət olmaqdan özlərini xilas edə biləcəklər. Azərbaycanın tarixi torpaqlarında özlərinə qurduqları saxta dövlətlərinə qane olaraq faşist ideologiyasına xidmət etməyəcək, tarixdə olduğu kimi bizlərin himayəsinə sığınaraq dinc şəraitdə yaşamağı bacaracaqlar. Əks halda ermənilərin növbəti məğlubiyyəti onların bu arealdan birdəfəlik yox olması ilə nəticələnəcək. Havadarları belə onlara kömək edə bilməyəcək. Bunu unutmamalıdırlar".