Ermənilər anlamalıdır ki, “artsax” yoxdur – Voronenko
Azərbaycan ordusu və bu ölkənin siyasi rəhbərliyi torpaqlarını tamamilə işğaldan azad etməyi bacardı.
Bunu Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.
Onun sözlərinə görə, erməni cəmiyyəti dərk etməlidir ki, artıq “artsax” deyə bir anlayış yoxdur:
“Üçtərəfli razılaşmada ermənilərin geri çəkilməsi nəzərdə tutulmayan ərazilər belə Azərbaycanın yurisdiksiyasına qayıdır. Məhz bu səbəbdən də Azərbaycan əsgərləri Xankəndi ərazisində sərbəst hərəkət edə bilir”.