Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ konfliktinə qoyulan son nöqtə – işğalçı son dayanacaqda

Ermənistanı biz vurub-yıxdıq, yenə biz ayağa qaldıra bilərik, bir şərtlə…; məğlub xalq post-müharibə seçimi qarşısındadır; Ermənistan prezidentindən etiraf: “Hazırda ölkəmizin və erməni xalqının dünyadakı imici mənfidir…”

Müzəffər Ordumuzun Qarabağdakı hərbi qələbəsi Güney Qafqazda tamamilə yeni bir geosiyasi tablo yaratdı – əlbəttə ki, ölkəmizin xeyrinə olan tablo. Şanlı Silahlı Qüvvələrimiz nəinki qısa müddətdə ərazi bütövlüyümüzü bərpa etdi, eyni zamanda, erməni faşizminin belini qıraraq, regionu və bəşəriyyəti böyük bir bəladan qurtardı.     

Gerçək həm də ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Ermənistanı onun 1 nömrəli hərbi-strateji müttəfiqi Rusiya belə, müdafiə etmədi. Doğrudur, şimal qonşumuzun müdaxiləsi üçün hüquqi əsas yox idi. Ancaq o da məlumdur ki, Moskva istəyəndə hansısa bəhanəni asanca tapır. Lakin buna getmədi. Yəqin ki, Türkiyə amili də öz çəkindirici rolunu oynadı.

Ayrı sözlə desək, özünü bölgədə az qala, supergüc kimi aparan, qardaş ölkəyə qarşı belə, ərazi iddiası irəli sürən cırtdan Ermənistandan fərqli olaraq, Moskva siyasi praqmatizmi əsas götürdü, münaqişə ətrafında qüvvələr nisbətini düzgün hesablayaraq, ciddiyə aldı. Nəticə isə 30 ildir “göylə gedən”, özündənrazı işğalçı tərəf üçün əsl fəlakət oldu. Ermənistana elə bir dərs verdik ki, ağılları olsa, bir də qonşu ölkələrə qarşı sərsəm iddialarla yaşamazlar.

Amma hələlik bunu söyləmək çətindir. Çünki müşahidələr göstərir ki, erməni siyasiləri, bütövlükdə erməni toplumu hərbi-siyasi kapitulyasiyaya görə daha çox başqalarını, o sırada Rusiyanı, Qərbi suçlayırlar. Hətta guya Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın olması haqda iddialar tirajlanmaqdadır. Azərbaycana, Türkiyəyə, hətta Rusiyaya hədə biçənlər, revanş tələb edənlər, artıq heç de-fakto da mövcud olmayan uydurma “dqr”dən dəm vuranlar da az deyil.

*****

Oxu.az - 2019-cu ildə Qarabağ: Yeni ideyalar, “Nöqtə”yə “nida” ilə tutarlı  cavab

Qısası, hamı günahkardır, bircə ermənilərdən və on illər boyu onları labüd faciəyə aparanlardan savayı. Halbuki Ermənistan artıq sonuncu “dayanacağa”, haqq etdiyi nöqtəyə gəlib çatıb. İndi bədnam qonşular öncə buradan hara getmək barədə dərindən fikirləşməli, düzgün seçim etməlidirlər, nəinki Ermənistandan kənarda günahkar axtarışına çıxmalıdırlar. Əks halda, fəlakətin davamı gələcək. Mütləq gələcək.

Bir də ki, havayı pendir yalnız tələdə olur. Yəni heç kim erməniyə qaraqaş-gözünə görə kömək əli uzadan, Ermənistanı quyunun dibindən çıxaran deyil. Bundan ötrü erməni xalqının, Ermənistanın bunun qarşılığında konkret verəcəkləri, imtina edəcəyi olmalıdır. İrəvan iqtisadi tərəqqi naminə nələrdənsə vaz keçməlidir. Özü də rəsmi şəkildə. Nələrdən? Bunu az qala bütün dünya bilir.

O da hamıya ayındır ki, Ermənistanın dövlət və cəmiyyət olaraq qurtuluşu Azərbaycan və Türkiyənin əlindədir. Əgər rifah içində və təhlükəsizlikdə yaşamaq istəyirsənsə, o zaman zəhmət çək, nələrindənsə vaz keç, bədəl ödə. Ermənistanı biz vurub-yıxdıq, biz də ayağa qaldıra bilərik. Amma qarşılığı olmalıdır…

***** 

Şuşanın azad olunması ordumuza bu üstünlükləri verdi - AÇIQLAMA

Analoji qiymətli tövsiyələr zaman-zaman Rusiyadan da Ermənistana edilir. Məsələn, rusiyalı politoloq İqor Korotçenko da haqlıdır deyəndə ki, erməni xalqı düşdüyü kritik vəziyyətdən yeganə düzgün dərsi götürməli, doğru nəticə çıxarmalıdır, nəinki boş xülyalarla yaşamağa davam etməlidir.

“Qarabağ müharibəsi zamanı Paşinyan, Əliyev, Ərdoğan və Putin arasında bəzi gizli razılaşmaların olduğu barədə erməni mətbuatının tirajladığı məlumatlar tamamilə yalandır. Bu axmaqlığı erməni KİV-ləri uydurublar” – Korotçenko belı deyib (Axar.az).

Rusiya və sülhməramlı əməliyyatlar: Rusiya siyasətinin konseptual və  praktik komponentləri (II YAZI)

Onun sözlərinə görə, Rusiya yalnız sülhməramlı təşəbbüs çərçivəsində hərəkət edib. “Moskva ixtilafın sülh yolu ilə həll olunmasını və Qarabağda hərbi əməliyyatların dayandırılmasının tərəfdarı idi. Şuşa şəhəri üzərində nəzarəti itirməsindən sonra Ermənistan ordusunun müqavimət perspektivinin yox olduğu şəraitdə İrəvan Moskvanın vasitəçiliyi ilə Bakının şərtlərini qəbul etdi. Artıq başa düşmək lazımdır ki, müharibənin dayanmasını nəzərdə tutan razılaşma ilə Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Dağlıq Qarabağın heç bir statusu yoxdur və olmayacaq da. Bura Azərbaycan ərazisidir. Məhz bu səbəbdən Qarabağ münaqişəsinə yağlı bir nöqtə qoyulduğunu söyləyə bilərik”, – deyə o əlavə edib.

*****

ŞUŞA ŞƏHƏRİ İŞĞALDAN AZAD EDİLDİ –Ali Baş Komandan İlham Əliyev Azərbaycan  Xalqına müraciət etdi + TAM MƏTN - İNSAATCİ.AZ

Məsələ də bu “yağlı nöqtə”nin “həzm olunmasında”dır. Daha dəqiqi, Ermənistan və onun qəzəbli toplumu hazırda post-müharibə dövrünün kritik seçimi ilə üz-üzədir. Ermənilər 2 il yarım öncə əlləri üstdə hakimiyyətə gətirdikləri Nikol Paşinyana əvəz, yeni lider axtarışındadır. Ancaq aydındır ki, ölkədə fəlakət komandaları bir-birini əvəz etdikcə xilas yolu da tapılmayacaq.

“Hazırda Ermənistanın və erməni xalqının dünyadakı imici mənfidir”.

Nə qədər qəribə də olsa, belə bir etirafı Ermənistan prezidenti Armen Sərkisyan srağagün 1in.am erməni portalına verdiyi müsahibədə deyib.

Ermenistan Cumhurbaşkanı Armen Sarkisyan kimdir? Armen Sarkisyan kaç  yaşında? - Londra

“Ermənistan həqiqətən dərin iqtisadi və siyasi böhran içindədir. Yalnız Ermənistanda deyil, ümumilikdə bütün xalq dərin mənəvi-psixoloji böhran yaşayır. Həmçinin Ermənistanla əlaqəli xarici böhranımız var beynəlxalq münasibətlərdən dolayı. Çünki hazırda ölkəmizin və xalqımızın imici dünyada o qədər də müsbət deyil. Biz həm də ictimai müharibəni uduzmuşuq”, – Sərkisyan bildirib.

Bəs səbəblər? Bir dəfə yazmışdıq, yenə xatırladaq ki, erməni xalqı öz liderlərini deyil, ən əvvəl özünün düşüncə tərzini, faşist təfəkkürünü dəyişməlidir, Türkə qarşı nifrətinə son qoymalıdır, dünyaya, beynəlxalq birliyə, beynəlxalq hüquqa sayğılı olmalıdır. Əks təqdirdə, heç kim ona qarşı sayğılı olmayacaq. Necə ki, deyil…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031