Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Suriyalı Andranik Zabux dərəsindən çıxmaq istəmir-“Qulağı gicişir…”-FOTO+VİDEO

10 Noyabr razılaşmasına əsasən dünən – dekabrın 1-dən Laçın rayonunun Azərbaycana təhvil verilməsinə rəğmən Laçın şəhəri və bir neçə kənddə az sayda mülki işğalçı ermənilər hələ də qalır. Onların arasında  əlisilahlı hərbi geyimli olanlar da var.

 

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan mediasının yaydığı məlumata görə, ermənilərin hələ də tam tərk etmədiyi kəndlərdən biri – Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində, sərhəddə yaxın ərazidə yerləşən Zabux kəndidir. 

 

Kəndin qanunsuz “mer”i,  Azərbaycan torpağına Suriyanın Əl-Kamışlı şəhərindən  qeyri-qanuni olaraq köçürülmüş Andranik Çavuşyan  “Armenpress”ə müsahibəsində bunları çərənləyib:

 

“Doğma kəndimizdə yaşamaq və onu erməni kəndi kimi saxlamaq mövqeyimiz dəyişməyib. Burada yaşamağa davam edəcəyik. Sülhməramlılar işlərini görürlər və  bizim də ailələrimizin və kəndlərimizin təhlükəsizliyini qorumaq hüququmuz var. Qalan kişilər kəndin ətrafında növbə çəkməyə davam edirlər. Bayrağımız bələdiyyə binasının damında dalğalanmağa davam edir, orada başqa bir bayraq görmək istəmirik. Razılığa əsasən, sülhməramlılar dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Onlar üzərlərinə düşəni edəcəklər və  bizim də burada yaşamaq üçün təhlükəsizliyimizi qorumaq  hüququmuz var. Həyatımız bahasına olsa da, hüquqlarımızı qorumağa hazırıq. Buradan Stepanakerti və bütün ermənilərin hüquqlarını müdafiə edirik. Müvafiq qurumlardan dəqiq açıqlamalar almaq istəyirik. Kəndin erməni kəndi kimi qalacağını söylədik…” 

 

Andranikin sözlərinə görə, kənddə təxminən üç gündür elektrik enerjisi yoxdur, rabitə əlaqəsi işləmir, dostları və qohumları Zabuxda sülənən ermənilərə yemək və digər lazımi əşyaları göndərirlər.

 

Qeyd edək ki, digər Azərbaycan məntəqələrində olduğu kimi, buradakı erməniləri də qızışdıran, provakasiyaya çəkənlərdən biri də axtarışa verdiyimiz “Varqonzo” layihəsinin rəhbəri Semyon Peqovdur. Əyanilik üçün onun noybarın 30-da Zabux kəndindən verdiyi reportajın video-yazısını da  təqdim edirik.

 

Xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy  tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik  özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası  kəsib…

 

P.S. Görünür, bu Andranikin də  “qəhrəman” tayqulaq babası yadına düşdüyündən qulağı gicişir…

 

Sultan Laçın

 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031