Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Məktubumu cavabsız qoyan Makron erməni lobbisinin əsirinə çevrilib”

20 ildir ki, Fransada yaşayır. Deyir ki, gözü yolda qulağı hələ də səsdədir. Şuşada doğlub, uşaqlığı bu torpalarda keçib. Ermənilərin onun  uşaqlığını yarımçıq qoyduğunu bildirir. Doyunca uşaqlığını keçirə bilməyən Azərbaycanlı sənətçi Təranə Allahverdiyeva-Monbarbü Moderator.az saytının qonağı oldu. Bizimlə söbətində Şuşa nisgilindən və Fransada Qarabağ həqiqətlərinin tanıdılmasından danışdı. Fransada doğulan qızlarına Şuşa adı qoyan Azərbaycanlı sənətçi övladlarının şəxsiyyət vəsiqlərində də məhz bu adı daşıdıqlarını qeyd edir. 

 

– Təranə xanım, Şuşada ən son nə zaman olmusunuz? Oranı necə xatırlayırsınız? 

– Şuşada yaşadıqlarımı həyatımın ən gözəl, qayğısız illəri kimi xatırlayıram. Çox xoşbəxt uşaqlığım olub. Evin ən balacası idim, iki qardaşım var və mən ailənin şıltağı, sevimlisi olmuşam. Atam Şuşada tanınmış cərrah, anam fransız dili müəlliməsi idi. Mərkəzi bazarın yanında müəllimlər, həkimlər deyilən beş mərtəbəli binanın dördüncü mərtəbəsində olurduq, bu günə qədər evimizin telefon nömrəsi belə yadımdadır. Mən və qardaşlarım 2 nömrəli rus məktəbinə gedirdik. Məktəbimiz  güllü bağın düz yanında yerləşirdi. Məktəbdən əlavə qardaşlarım, rəsm, şahmat və rəqslə məşğul olurdular, mən isə Şuşa musiqi məktəbində piano və xor üzrə təhsil alırdım. Yaz, yay fəsilləri, havalar istiləşən kimi, hər bazar ailəlikcə Cıdır düzündə piknik edərdik, yayda Cıdır düzündə festivallar, konsertlər, at yarışmaları olardı. Bu festivallara keçmiş sovet ölkələrindən çoxlu qonaqlarımız, turistlər  gəlirdi. Turistlərin çoxu isə Şuşa sanatoriyasına istirahətə, müalicəyə gəlirdilər. Ümumiyyətlə şəhər elə bil muzey idi, hara tərpənsən bir tarixi abidə, tariximizin, mədəniyyətimizin, dahilərimizin izinə rastlamaq mümkün idi. Şuşanın təbiəti də bir başqa aləm idi, uşaqlıqda xarı bülbül, lalə, nərgiz, bənövşə dərərdim,  Cıdır düzündə, meşədə ləzzətli çöl çiyələyi yığardıq. Qışda dizə qədər qar yağardı. Şuşa bizim üçün alınmaz qala idi. Binamızın dərin zirzəmisi var idi. Şuşanın işğalından qabaq, bir il, demək olar hər gecə bomba səsləri eşidirdik. Səs gələn kimi evimizin altında o zirzəmilərə yığışırdıq.  

– Neçə ildir Fransada yaşayırsınız? Sizi Fransada Şuşalı Azərbaycan sənətçisi kimi tanıyırlar. Bu günlər ərzində Fransada Azərbaycanı necə təbliğ etmisiniz?   

 

– 20 ildir ki, Fransada yaşayıram və sənət xadimi kimi burda fəaliyyət göstərirəm. Sorbon Universitetini bitirmişəm. Bu illər boyu sənətimlə hər zaman Azərbaycanı tanıtmağa, sevdirməyə çalışmışam, Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa səy göstərmişəm. Elə bu məqsədlə də bir neçə il öncə “Azərbaycan ruhu” adlı musiqili tamaşa yaratdıq. Parisdən başlayaraq, Fransanın bir çox şəhərlərində bu tamaşanı təqdim etdik. Konsert zamanı Qarabağdan danışır, Şuşanın dağlarından, nənəmdən, onun Laçındakı evindən bəhs edir, o yerlərə indi gedə bilmədiyimi deyirdim.  İndi bizim reallıq tam başqadır. 10 noyabrda Azərbaycan vətən müharibəsində qələbə çaldı və bu zəfər mənim tamaşamın məzmununu dəyişdi.  Bu mənim üçün inanılmaz sevinc və fəxrdir. 

 

– Qarabağın  işğaldan azad  olunma xəbərini eşidəndə necə reaksiya verdiniz?

 

– 27 sentyabrdan sanki 28 il öncəyə qayıtdım. Xəbərləri izləyir, gözüm yolda, qulağım səsdə idi.  Bu  günlərdə Azərbaycandan uzaq olmaq çox çətin gəlirdi. Azərbaycan ordusunun tarix yazdığı günlərdə həyəcan keçirirdim. Fransa dövlət başçısının ilk sözlərini eşitdikdə  isə çox məyus oldum. Tanıdığım deputat vasitəsi ilə 2 oktyabrda Makrona məktub ünvanladım, bu məktubu fransız mediasına verdiyim müsabiqədə işıqlandırmışam. İndiyə qədər o məktublardan heç bir cavab almamışam, bununla yanaşı, başqa siyasətçilərə – cənab Darmanin və Dupont Morettiyə ünvanladığım məktublar da cavabsız qaldı. Azərbaycana dəvətli olan və mənim müşayiət etdiyim tanınmış media işçisinə yolladığım məktuba da cavab ala bilmədim. 

– Fransa bu məsələdə Qarabağın Azərbaycana məxsusluğunu tanımadı. Əksinə, düşmənə dəstəyini əsirgəmədi. Bu, bir Azərbaycanlı kimi sizdə hansı fikirləri formalaşdırdı? 

 

– Fransada dövlət təmsilçiləri, media işçiləri iki standartlı yanaşma göstərdilər. Beynəlxalq hüququ, 1 milyon məcburi köçkünlərin talehini bir yana qoyaraq, şəxsi mənafelərini güddülər. Onlara səs verən, təzyiq göstərən erməni lobbisinin tərəfini tutdular. Ancaq bu vəziyyət, bir çox fransızlara tək ermənilərin əsl sifətini yox, həmçinin bir çox siyasətçilərin, dırnaqarası media işçilərinin və mədəniyyət xadimlərinin ikiüzlüyünü göstərdi. Bu müddət ərzində nə qədər çətin olsa da bütün ailəmlə ümid dolu idik. Çünki bu günlər başda prezidentimiz, Ali Baş Komandan olmaqla, ordumuz, xalqımız tarix yazdı. Və bu sınaqdan sonra dostumuzu, düşmənimizi yaxşı tanıdıq.

 

– Hazırda Fransada bu yöndə insanların fikri necədir? İstərdik Fransada yaşayan Azərbaycanlı sənətçi kimi bunu bizə şərh edəsiniz. 

– Fransızlar ümumiyyətlə demək olar ki, Qarabağ məsələsi ilə bir o qədər maraqlanmırlar. Təəssüflər olsun ki,  siyasətçilərə, mediaya qarşı inamları bir o qədər qalmayıb. İndi fransızları əsas maraqlandıran məsələ pandemiya və Fransanın ərazisində baş verən terror aktlarıdır. Fransızların dövlət işçilərindən tələb etdikləri odur ki, onlar ölkəiçi problemlərin həlli ilə məşğul olsunlar. Mənim şəxsən tanıdığım fransızlar isə ermənilərin siyasətini başa düşüblər artıq. Onların xəyalı ilə reallığın uyğun gəlmədiyini görürlər, onların isterik, yalançı davranışının əslində həqiqəti ört-basdır etmək üçün olduğunu görürlər. Yaxşı  tanıdığım fransızlar “necə olur ki, biz yalnız ermənilərin versiyasını eşidirik, bu ikili yanaşma nədən irəli gəlir?” sualını verirlər. Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü olduğunu öyrənəndə isə onlar ermənipərəst nüfuzlu şəxslər tərəfindən manipulyasiya olunduqlarını anlayırlar. Mənim yoldaşım fransızdır, iş adamıdır, Azərbaycanda çox olub və Azərbaycanı çox sevir. İndiyə qədər hər zaman Qarabağ həqiqətlərini çatdırmağa çalışıb və bu 44 gün vətən müharibəsi zamanı da çox fəal informasiya müharibəsi aparıb. Bunun nəticəsində çox tələblərimiz, məktublarımız cavabsız qalsa belə, konkret nailiyətlərimiz də olub. Fransada tanınmış humanitar şirkət sülh naminə fondlar yığmaq istəyirdi və bu maddi yardım Ermənistana yollanacaqdı, şirkətin müdiri ilə əlaqə yaratdıq. Onlara Qarabağ həqiqətlərini çatdırdıq,  hazırda ermənilərin müharibə zonasından kənar olan şəhərləri qadağan olunmuş silahlarla bombaladığını və çoxsaylı qurbanların içində südəmər uşaq belə olduğunu onlara çatdırdıq və nəticə olaraq bu humanitar aksiya həyata keçirilmədi, bu da bizim üçün bir qələbə oldu.

– Fransada doğulan qızlarınıza Şuşa adını qoymusunuz. Onlar Şuşanın azad olunduğunu eşidəndə hansı reaksiyanı göstərdilər? 

– Qızlarımın ikinci adları Şuşadır, şəxsiyyət vəsiqələrində də adları beləcə də yazılıb: Ulduza Şuşa və Leyli Şuşa. 9 və 11 yaşları var, hər şeyi çox gözəl dərk edirlər. 10 noyabr mənim ad günüm idi. Bu ad günümdə mən dünyaya yenidən gəldim.  Qızlarım, yoldaşım bunun şahidi oldular. Bu tək mənim üçün yox, bütün Azərbaycan xalqı üçün inanılmaz gün, dirçəliş günü oldu. Biz Simurq quşu tək külümüzdən yenidən doğulduq, bu gün bizim başımızı ucaltdı, üzümüzü ağartdı, qürurumuzu qaytardı. 44 gün ərzində Azərbaycan 28 il sürən işğala son qoydu, bu yaşadığımız müasir aləmdə gördüyüm unikal haldı. Yaşasın qəhrəman Azərbaycan əsgəri. Şəhidlərimizin ruhu şad olsun! İndi səbrsizliklə Şuşaya nə vaxt gedə biləcəyimizi gözləyirik, deyirəm görəsən mənim pianom bu 28 ildə öz evimizdə öz yerində durub məni gözləyirmi? Bir il olar ki, uşaqlıq rəfiqələrimi tapmışam.  Onlarla Şuşada bir həyətdə oynayardıq, indi söz vermişik ki, biz bir yerdə həyətimizdə görüşəndə gizlənpaç oynayacağıq. Biz ki, qəfl böyüdük, oynumuz yarımçıq qaldı. Bizim uşaqlıq arzularımız yarımçıq qalıb. Ermənilər torpaqlarımızdan çıxarkən evləri, meşələri yandırır. O vaxt isə bizim uşaqlığımızı yandırmışdılar. Ancaq biz  dimdik ayaqda qaldıq və qalib gəldik. İndi qızlarım analarının uşaqlıq yurdunu, yuvasını gəzib, görəcəklər inşallah !

 

 Xəyalə Məmmədova 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30