Çindən Qarabağ razılaşmasına reaksiya
Çin tərəflərin qısa müddətdə danışıqlara qayıdacaqlarına və fikir ayrılıqlarını sülh yolu ilə həll edəcəklərinə ümid edir. Çin Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılmasını alqışlayır.
Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Van Yi “Aşarq Əl-Avsat” qəzetinə müsahibəsində deyib.
“Ermənistan və Azərbaycan noyabrın 10-da Rusiyanın aktiv vasitəçiliyi ilə atəşkəslə bağlı yeni bir konsensus əldə etdilər. Çin bunu alqışlayır və yüksək qiymətləndirir” , – deyə nazir bildirib.