Paşinyan imzaladığını icra edəndən sonra… – Akopyan
Nikol Paşinyan əvvəl-axır Ermənistan Baş naziri postunu tərk etməli olacaq.
Axar.az xəbər verir ki, bunu “Kommersant”a açıqlamasında erməni politoloq Vigen Akopyan deyib.
“Mən Nikol Paşinyanın gedəcəyinə şübhə etmirəm. O, imzaladığı hər şeyi icra edəndən sonra heç kimə lazım olmayacaq – heç bir geosiyasi mərkəzə, eləcə də ölkə daxilində və öz komandasında heç kimə…” – deyə o bildirib.
Akopyan Paşinyanı əvəzləyəcək şəxslərdən birinin Armen Sərkisyan ola biləcəyini deyib.