Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

XIX əsrdə ermənilərin Quzey Azərbaycana köçürülməsi məsələsi rus tarixşünaslığında…

Təxminən 200 il bundan əvvəl də Azərbaycan torpaqları xarici işğalçıların hücumuna məruz qalmış, torpaqlarımız müharibə meydanına çevrilmişdir. İki Rusiya-Qacar müharibələri (1804-1813 və 1826-1828) nəticəsində Quzey Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Çar Rusiyasının müharibədə hərbi-siyasi uğurlarına baxmayaraq,yaxşı başa düşürdü ki, Cənubi Qafqazda onun mövqeyi kifayət qədər möhkəm deyil. Ona görə də bu yerlərdə özünə xristian dayağı yaratmaq, eyni xalqın arasında xristianlardan ibarət bir tikanlı hasar yaratmaq məqsədilə İran və Türkiyə ərazisində yaşayan erməniləri kütləvi şəkildə Qarabağ, İrəvan və Naxçıvan torpaqlarında yerləşdirməyə başlamışdır. XVIII əsrdə – I Pyotrun 1724-cü il noyabrın 14-də verdiyi xüsusi əmrdə deyilirdi:”Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə edib, öz himayəmizə götürmüşük”.

 

 

XIX əsrin birinci yarısında tanınmış rus yazıçısı A.S.Qriboyedov öz ermənipərəstliyi ilə seçilirdi. A.Qriboyedov Qacar dövlətində çar Rusiyasının səfiri olmuşdur və şahidi olduğu, gördüyü, eşitdiyi bütün hadisələri qələmə almışdır. Bununla  belə o, öz qeydlərində yazırdı ki, ermənilərin buraxıldığı torpaqlara (əsasən Quzey Azərbaycanı – N.Ə.) əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və (sonuncuların) düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişdik. A.Qriboyedov yazırdı ki, indi biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə razılaşdırmalı, ermənilərin burada müvəqqəti qalacaqlarına onları inandırmalıyıq ki, azərbaycanlılar “ermənilərin ilk dəfə ayaqları dəyən torpaqlara həmişəlik yiyələnirlər” fikrindən  daşınsınlar. O, göstərir ki, köçürülmüş ermənilərin əksəriyyəti müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdırılır və az sonra onları sıxışdırmağa başlayırdılar.

 

Ermənilərin Güney Azərbaycanından Rusiyaya köçürülməsi məsələsi ilk dəfə olaraq XIX əsrin birinci yarısında rus yazıçısı, tarixçisi  və memuaristi S.Qlinkanın “Ermənilərin Azərbaycandan Rusiyaya köçürülmələri” adlı əsərində öz əksini tapmışdır. Əsərdə müəllif 1828-ci ildə İrandan Rusiyaya 40 min erməninin köçürülməsi  və yerləşdirilməsindən bəhs edir. Çar Rusiyası öz ağalığını bütün Qafqazda möhkəmləndirmək üçün yerli əhali və Osmanlı, Qacar dövlətləri ilə süngü və top dilində danışmaqla kifayətlənməyərək, burada köklü etnodemoqrafiya dəyişikliyi yaratmağa çalışırdı. Məlumdur ki, I Pyotrun zamanından Güney Qafqazın müsəlman toplumlarının xaçlı ermənilərlə “əvəz edilməsinə” yönəlmiş bir siyasət yeridilməkdə idi. Hətta Rusiya azadlıq hərəkatının təmsilçiləri də bu siyasətin güclü təsiri altında idilər. P.Pestelin “Russkaya Pravda” adlanan “zadəgan-inqilabçı proqramından bunu aydın görmək olar:1.Rusiya ilə İran (Qacar- N.Ə.), həm də Türkiyə arasında …yaşayan bütün xalqlar… tabe edilməli; 2.Bütün Qafqaz xalqları iki çeşid sayılmalıdır: dinc olanlar və quduzlar. Birinciləri yurdlarında saxlamalı, onlara Rusiya idarəsi … vermək, ikinciləri isə Rusiyanın içərilərinə köçürüb kiçik sayla səpələmək lazımdır.

 

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Rusiyada ictimai-siyasi xadim N.N.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın özgə xalqlara nöbvbəti satışı” əsərinin elmi dəyəri böyükdür. Əvvəla, müəllif əsərdə cərəyan edən tarixi proseslərin içində olmuş, müşahidə etmiş, izləmiş və ona münasibət bildirmişdir. N.N.Şavrovun qənaəti ondan ibarətdir ki, nəinki ayrı-ayrı ailələr, hətta bütöv kəndlər öz yaşayış yerlərini tərk edir, artıq ruslar tərəfindən məskunaşmış yerlərdə məskən salırdılar.

 

N.N.Şavrov yazır: türklərlə qələbə ilə başa çatmış 1877-1878-ci illər müharibəsi bizə yeni məskunlar bəxş etdi:1877-1879-cu illərdə Qars vilayətinə 50.000 erməni,40.000 min yunan, erməni mənşəli general Terqukasov Sürməli qəzasına 35.000 Türkiyə ermənisini köçürmüşdü. Müəllif rusların burada məskunlaşdırılmasının hərbi-siyasi əhəmiyyətini açıqlayır: İranla sərhədlərin qorunmasına kömək edəcək, xüsusən cənubdan hücum edən şahsevən tayfasının basqınlarından qorunmaqda, rus əhalisinin Persiya,Osmanlı, Dağıstan və gürcülər bizə qarşı birləşdikdə onlara müqavimət göstərəcək, əgər Şərqi Zaqafqaziyada (Şimali Azərbaycan – N.Ə.) 1 milyon rus yerləşdirsə, gələcəkdə Osmanlı ilə müharibədə biz böyük üstünlük qazanarıq. O, rus əhalisinə yerli xalqları ruslaşdırmaq aləti kimi baxırdı.Onları müsəlman və digər yerli xalqların yaşayış məskənləri arasında yerləşdirmək lazımdır ki, onları parçalamaq, itaətdə saxlamaq asan olsun.

 

XIX əsr və XX əsrin əvvəllərindəki erməni sosial mühitini V.Veliçko belə xarakterizə edir: ermənilər haqqında qədimdən pis fikir yaranıb.V.Veliçko rus dövlət məmurlarının erməni din xadimlərinin hiyləgərliyinə aldandıqlarına, onların bəd əməllərini anlamamaqda, tədbir görməməkdə qınayırdı. Rus məmləkətlərində erməni məsələsi bəzən iri sıçrayışla irəli hərəkət edərək o vaxtdan öz inkişafını durmadan davam etdirirdi. Türkmənçay müqaviləsinə görə Üçmiədzin Rusiyanın tərkibinə daxil olmuşdur və katalikos bütün ermənilərin ümumdünya patriarxı hüquqlarında qalmışdır … ermənilər böyük nüfuz qazanan dövlətin içərisində teokratik dövlət yaratdılar. Müəllif XIX əsrin ikinci yarısında ermənilər arasında tayfa ayrı-seçkiliyinin (separatizmin) sürətlə artmasını Rusiyaya qarşı xəyanət hesab edirdi. V.Veliçko Azərbaycan tatarlarının (türklərin, azərbaycanlıların) zəhmətkeşliyini qeyd edir, türklərin “vəhşiliyini” isə ermənilərin və Qərbin  şişirtdiyini  göstərir.           

 

Beləliklə, XIX əsr və XX əsrin əvvəllərində rus tarixşünasığında da göründüyü kimi, çar höküməti erməniləri  bu yerlərə köçürməklə müsəlman-türk əhalisi içərisində özünə xristian dayağı yaratmaq və müharibələrin gedişində Rusiyanın xeyrinə satqınlıq etmələri məqsədilə İran və Türkiyə ərazisində yaşayan erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarında yerləşdirmişdir ki, bununla da ölkəmiz qarşısında  duran qlobal problemlərin bünövrəsini  qoymuşdur.

 

ADPU, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031