“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

Ətraflı

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

Ətraflı

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

Ətraflı

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

Ətraflı

“Əgər Qarabağ Azərbaycana qayıtsa və bununla hər şey bitərsə, çox yaxşı olar”

Azərbaycanın işğal olunmuş ərazisindəki döyüş bölgəsindəki ikinci humanitar atəşkəs, birinci dəfə olduğu kimi, yenə pozuldu.

 

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonun ərazilərini atəşə tutdu, Azərbaycanın Xızı rayonun ərazisinə raket atdı, döyüş bölgəsində təxribatlar qeydə alındı.

 

Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer bir neçə gün əvvəl Rusiya telekanallarından birinin efirində atəşkəsin mümkün olmadığını söylədi.

 

Onun sözləri öz təsdiqini tapdı. Bundan əlavə, hələ iyul ayında Pavel Felqenqauer Media.Az-a verdiyi müsahibədə hərbi əməliyyatların baş verəcəyi təqdirdə Rusiyanın nə Ermənistananın, nə də Azərbaycanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyi barədə proqnoz vermişdi.

 

Bu gün Pavel Felqenqauer növbəti dəfə Media.Az-ın suallarını cavablandırıb.

 

Humanitar atəşkəs sizin əvvəlcədən proqnozlaşdırdığınız kimi artıq iki dəfə də pozuldu…

 

Atəşkəs yox idi, daha doğrusu, o, virtual idi. Rusiya hər iki tərəfi döyüşü dayandırmağ üçün inandırmağa çalışdı. Nəzakətli insanlar isə “yaxşı” dedilər. Lakin vəziyyətin özü hərbi əməliyyatların dayandırılmasına imkan vermir.

 

İyul ayında bizim saytımıza verdiyiniz müsahibədə Rusiyanın nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyini söyləmişdiniz. Belə də olur. Tərəfləri barışdırmaq cəhdləri var, ancaq Moskvanın müdaxiləsi yoxdur. Bəs sizin fikrinizcə, Rusiyanın mövqeyi nədir? Qərbyönümlü Nikol Paşinyanın gedişi Moskva üçün faydalıdır?

 

Ümumilikdə, beli, dediyiniz kimidir. Moskva Paşinyanı bəyənmir. Ancaq qeyd etmək lazımdır ki, Rusiya bütün məsələlərə strateji yanaşır. Moskvanın Ermənistan, Azərbaycan və imkan daxilində Gürcüstan üzərində təsirini qorumağı və gücləndirməsi vacibdir. Buna görə də Rusiya, ümumi strateji hədəflərə zidd olduğu üçün Qarabağ münaqişəsində tərəflərindən birinin yanında olmağa istəmir.

 

Ancaq təbii ki, Rusiya Türkiyənin bölgədəki təsirinin daha da güclənməsini istəmir. Rusiyanın Xəzər donanmasındakı  təlimləri bir növ siqnal kimi qəbul edilə bilər.

 

Bununla belə, hərbi əməliyyatlar davam edir, Azərbaycan işğal olunmuş rayonlarını işğaldan azad edir. Nikol Paşinyan hələ də İrəvanda oturub, müsahibələr verir. Rusiya Ermənistan tərəfinin işğal olunmuş Azərbaycan ərazilərindəki davamlı məğlubiyyətlərə düçar olmasına reaksiya vermir.

 

Bütün məsələ burasındadır ki, Qarabağ Rusiya üçün xüsusilə vacib deyil. Əgər bu ərazilər Azərbaycanın tərkibinə qayıtsa (müharibə nəticəsində – red) və bununla münaqişə bitsə, o zaman çox yaxşı olar. Lakin daha yaxşı olar ki, bununla bərabər həm də Paşinyanın rejimi süquta uğrasın. İkinci Qarabağ müharibəsində belə dağıdıcı məğlubiyyətdən sonra bu qaçılmaz olacaq.

 

Rusiya üçün Ermənistanın müttəfiq olaraq qalması, Azərbaycanın isə müəyyən dərəcədə Rusiyanın təsir dairəsində qalması vacibdir. Əlbəttə ki, Rusiya Qarabağa hansısa müşahidəçilərin, daha yaxşı isə sülhməramlıları olmasında maraqlı olardı. Qarabağın özü isə, təkrar edirəm, Rusiya üçün ümumiyyətlə heç bir strateji əhəmiyyət kəsb etmir.

 

Axı ikinci Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanı Qərbin qucağına daxil olmağa sövq edə bilərmi?

 

İrəvan üçün bunu etmək son dərəcə çətin olacaq. Məsələn, Ermənistan sərhədlərinin açıq olduğu İranı götürək. Yeri gəlmişkən, bu ölkə İrəvana ermənilərin istehsal etdiklərindən daha yaxşı PUA-lar sata bilən vacib  ticarət ortağıdır. Ancaq İranla yaxın münasibət ABŞ ilə problemlər deməkdir. Heç kim eyni zamanda İran və ABŞ-ın dostu olmağı bacarmayıb. Reallıqda Ermənistanın vəziyyəti ağırdır. Bəli, onların Qərbdə güclü lobbiçilər var. Ancaq Ukrayna və ya Estoniya kimi Qərb istiqamətində dönmək çətin olacaq.

 

Gəlin döyüşlərə toxunaq. Siz nəyə diqqət etmisiz?

 

Yadınızdadırsa, sizə hələ çoxdan müharibənin qaçılmaz olduğunu söyləmişdim. Bu baş verdi. İndi nə görürük? Erməni tərəfi bu müharibəyə ümumiyyətlə hazır deyildi. Ermənistan heç də ən müasir silahlarla silahlanmayıb. İrəvanda hesab edirdilər ki, münaqişə başlayarsa, qısamüddətli olacaq, Moskva onu dayandırmağa kömək edəcək və Ermənistan tərəfinin şərtləri ilə yeni bir barışıq olacaq. Mövcud vəziyyət proqnozlaşdırılmırdı.

 

Ancaq Azərbaycanın isə tamamilə fərqli bir müharibəyə hazır olduğu ortaya çıxdı, Bakı üstünlüyünü qoruyur. Erməni tərəfi yaxşı hərbi mütəxəssislərini, təcrübəli komandirlərini və topçularını itirir. Tezliklə Ermənistan dəhşətli təchizat problemi yaşayacaq və təchizat olmadan müharibə aparmaq mümkün deyil.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2021, 16:34

Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür – Kamaləddin Qafarov

• 28.09.2021, 16:32

Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi – Livanlı ekspert

• 28.09.2021, 15:25

“Araik Azərbaycan hərbçilərinin tələbini yerinə yetirməyə məcbur oldu…”

• 28.09.2021, 15:23

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

• 28.09.2021, 12:09

Azərbaycanın qələbəsində həlledici rolu Prezident İlham Əliyevin hazırladığı və reallaşdırdığı düzgün strategiya və taktika oynayıb – Tatyana Poloskova

• 27.09.2021, 16:55

“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

• 27.09.2021, 15:43

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

• 27.09.2021, 15:38

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

• 27.09.2021, 15:34

Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

• 27.09.2021, 15:32

Gürcüstandan Bakı və Yerevana “Qafqaz platforması” TƏKLİFİ

• 27.09.2021, 15:29

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

• 27.09.2021, 15:27

İlham Əliyev Gorus-Qafan yolunda saxlanılan İran TIR-larından danışdı: “O qədər çirkin bir iş gördülər ki…”

• 27.09.2021, 15:25

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu

• 27.09.2021, 15:22

Prezident və birinci xanım yürüşdə iştirak etdi – FOTOLAR

• 27.09.2021, 15:20

Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR

• 24.09.2021, 15:01

Rəhman Hacıyev QHT nümayəndələri ilə görüşüb

• 24.09.2021, 14:16

Azərbaycanda Rusiyaya münasibət… – Prezident

• 24.09.2021, 14:13

Aşotyan: Əliyev hər kəsi başa saldı ki, bununla barışmalısınız

• 24.09.2021, 14:10

Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

• 24.09.2021, 14:02

Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər – Prezident

• 24.09.2021, 13:54

Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu… – İlham Əliyev

• 24.09.2021, 13:48

İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI

• 24.09.2021, 10:38

Prezident İlham Əliyev dünya ölkələrini “Dağlıq Qarabağ” adından istifadə etməməyə çağırıb

• 24.09.2021, 10:30

Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 1234
567891011
12131415161718
19202122232425
262728293031