“Ermənistanın Milli Təhlükəsizlik Xidməti Rusiya “FSB”-nin filialıdır…”
“Rusiyanın dostları” casusluq fəaliyyətlərinin ifşasından qorxmalı deyil…"
“Putinin əmri ilə erməni kəşfiyyat xidmətinin keçmiş rəhbərinə Moskva yaxınlığındakı “KQB” bağlarından biri də ayrılıb…”
"…“Rusiyanın dostları” casusluq fəaliyyətlərinin ifşasından qorxmalı deyil… Çünki Ermənistan Milli Təhlükəsizlik Xidməti uzun müddətdir ki, "Lubyankanın filialı" adlandırılır. MTX rəhbərliyində isə davamlı olaraq yüksək qalmaqallarla müşayiət olunan kadr dəyişiklikləri aparılır”.
Moderator.az xəbər verir ki, bu sətirlər yəhudi əsilli keçmiş milyarder Mixail Xodorkovskinin maliyyələşdirdiyi deyilən “Dossier çenter” saytında yerləşdirilmiş(!) Azərbaycanda və Ermənistanda Rusiya kəşfiyyatının fəaliyyəti haqda materialdandır.
Araşdırmada daha sonra deyilir:
“Təhqiqatda ilkin istintaqa görə, bu ilin əvvəlində intihar etdiyi deyilən Ermənistan MTX-nin keçmiş rəhbəri Georgi Kutoyan və eyni zamanda digər keçmiş başçı Artur Vanetsyandan da bəhs edilir. İkinci bu vəzifədə bir ildən bir az çox çalışıb. İşdən qovulduqdan sonra Paşinyana qarşı sərt müxalifətə çevrilib və hazırda Moskvada tez-tez Ermənistandan Kremlin tərəfdarı olan fəalların da daxil olduğu “Lazarev Klubu”na sponsorluq edən nüfuzlu iş adamları arasında görünür…”
Ermənistanın ikinci terrorçu eks-prezidenti Prezidenti Robert Köçəryanın hakimiyyəti dövründə bu quruma rəhbərlik etmiş Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Karlos Petrosyan haqqında məlumatlar da diqqət çəkir. “Dosye”yə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təxminən beş il rəhbərlik etmiş general-leytenant Petrosyan istefasından dərhal sonra xüsusi qaydada Rusiya vətəndaşlığı alıb və Moskva Bəstəkarlar Evində 200 milyon rubl dəyərində bir mənzil əldə edə bilib. Bundan əlavə, Putinin əmri ilə Ermənistan kəşfiyyat xidmətinin keçmiş rəhbərinə Moskva yaxınlığındakı Malaxovkada keçmiş “KQB” bağlarından biri də ayrılıb. Putinin bu qərarı gizli olduğundan bu mükafatın K.Petrosyana hansı xidmətinə görə verildiyini söyləmək çətindir. Yalnız o məlumdur ki, “FSB”-nin keçmiş direktor müavini, vaxtilə xüsusi xidmət orqanları xətti ilə Cənubi Qafqaz ölkələrinin kuratoru olmuş general-polkovnik Viktor Komoqorov Petrosyanın bağının yanında özünü bir malikanə tikdirib…”
Təhqiqatda o da vurğulanır ki, qonşu(!) Ermənistanın, demək olar ki, bütün dövlət strukturlarında Rusiyanın agentləri çalışır…
Sultan Laçın