Əliyevin bəyanatı: Arutyunyan dərhal İrəvana getdi
Azərbaycanın işğal altında saxlanılan Qarabağ ərazisindəki qondarma qurumun “lideri” Araik Arutyunyan İrəvana gedib.
Axar.az xəbər verir ki, o, İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı Paşinyan İrəvanla Qarabağ separatçı-terrorçularının “Qarabağın inkişafı üçün” səylərini birləşdirəcəyini bildirib:
“Əlbəttə, Qarabağ məsələsi bizim xarici siyasət gündəmimizdə vacib məsələ olaraq qalır və sevinirəm ki, biz regionda stabillik və sülh qarantı olaraq səylərimizi birləşdiririk”.
Arutyunyan isə Paşinyanla daima görüşlərində əsas mövzunun təhlükəsizlik məsələləri olduğunu söyləyib.
Qeyd edək ki, Arutyunyanın Prezident İlham Əliyevin 19 sentyabrda Azərbaycan televiziyalarına verdiyi müsahibədə Qarabağ konflikti ilə bağlı açıqlamasından dərhal sonra İrəvana getməsi diqqət çəkib.