Türkiyə F-16-larının Gəncə üzərində uçuşu erməniləri PANİKAYA salıb
Ötən gün Türkiyəyə məxsus F-16 qırıcılarının Gəncə üzərində dövrə vurması Ermənistanda panikaya səbəb olub.
Azərbaycan və Türkiyənin aviasiya birlikləri Bakının daşnak-bolşevik işğalından azad olunmasının 102-ci il dönümü ilə bağlı uçuş həyata keçirmişdi.
Avqustun əvvəllərindən hərbi təlim məqsədilə Azərbaycana gələn Türkiyə təyyarələrinin hələ də Gəncədə qalması düşmən ölkənin hərbi-siyasi rəhbərliyini qorxuya salıb.