Qlobal şəbəkənin YENİ OYUNCAQLARI: Ermənistan Tovuza niyə hücum etdi?
“Bu gün Türkiyəni Azərbaycan kanalı ilə Şərqdə Ermənistandan istifadə edərək çətin vəziyyətə salmağa çalışanlar, eyni zamanda, Yunanıstanı bir fiqur kimi irəli çıxararaq Türkiyəni Egey bölgəsində sıxışdırmaq istəyir. Onların Şərqi Aralıq dənizində Yunanıstan və Misiri ittifaqa daxil edib Türkiyənin Liviya həmləsini və enerji mənbələrinə əlçatanlığı əngəlləmək təşəbbüsləri mövcuddur.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Akit”ə açıqlamasında Türkiyə Polis Akademiyasının Təhlükəsizlik Elmləri İnstitutunun müəllimi Səlim Öztürk deyib.
O bildirib ki, Suriya üzərindən Rusiya və Türkiyəni qarşı-qarşıya gətirərək Livan və Liviya üzərində nəzarəti ələ keçirmə siyasətini güdənlər başqa cinahlardır: “Qlobal şəbəkənin qədim üzvü Fransanın Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlmək yerinə Yunanıstanı Egey və Aralıq dənizinə, ölkəsindəki diaspor vasitəsilə yaxın münasibətlər yaratdığı Ermənistanı Azərbaycan vasitəsilə meydana çıxarması Makronun Türkiyəni qayçı ağzına alma layihəsinin bir parçası kimi dəyərləndirilə bilər”.
Şərqi Aralıq dənizi və Azərbaycan-Ermənistan cəbhə xəttindəki gərginliklərlə bağlı qəzetə açıqlama verən digər mütəxəssislər də Ermənistan və Yunanıstanın qlobal şəbəkənin yeni oyuncaqları olduqlarını qeyd edib.