Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Türkiyədə Qarabağda savaşmağa hazır olan 10 minlərlə insan bu günü gözləyir…”

Prezident İlham Əliyevin Türkiyəyə yönəlik dünənki jesti gündəmə damğa vurdu. Ümumiyyətlə, Türkiyənin nüfuzlu CHP, İYİ Parti, MHP kimi partiyaların Qarabağ məsələsində mövqeyi necədir? Onlar da işğalçının burnunu birlikdə ovmağa hazırdırmı? Tutaq ki, sabah TBMM – də Qarabağda savaşa qatılmaqla bağlı təzkərə çıxarılası olsa parlamentdə qərar yekdilliklə qəbul olunacaqmı?

Türkiyə siyasi səhnəsini və cəmiyyətinin ovqatını yaxşı bilən tanınmış siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-ın bu suallarına cavabında deyir ki, işğalçını torpaqlarımızdan qovmaq üçün tarixi şans yaranıb və Türkiyə-Azərbaycan qardaşlığı bu işğala son qoyacaq:

"Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstan təmsilçisinə Türkiyəni dəstəkləyəcəyi barədə fikri Türkiyədə əsl sevinc yaradıb və qardaş ölkə insanlarını yaxşı mənada coşdurub. Mən Türkiyə mətbuatında və TV-lərdə bu jestin necə rəğbət yaratdığını müşahidə etməkdəyəm. Bu, həm də Qarabağ məsələsinin Türkiyənin iştirakı ilə həlli prosesini sürətləndirəcək. Dəfələrlə qeyd etmişik, Azərbaycan yalnız Türkiyənin hərbi və siyassi dəstəyinə güvənərək qərarlı addımlar atmalıdır. Çox böyük tarixi fürsət yaranıb. Türkiyəni başqa regionlarda münaqişələrə çəkmək cəhdləri də Azərbaycanda onun hərbi varlığına mane olmaq məqsədi daşıyır. Amma bu artıq mümkün deyil. Türkiyə siyasi fikri də birmənalı şəkildə Azərbaycanın yanındadır.  

Hakimiyyətdəki AK parti də, MHP-də,  müxalif olan parlamentdə təmsil olunan partiyalar da Azərbaycanla bağlı veriləcək qərarı dəstəkləyəcəklər. Parlamentdə təzkirə çıxarılmasında heç bir problem olmayacaq. Türkiyə cəmiyyəti də bunu tələb edəcək və Qarabağda savaşmağa hazır olan böyük bir əhali kütləsi var. Belə bir hal olarsa on minlərlə insan savaşa girməyə hazırdır. Artıq türk insanı anlayır ki, Qarabağın işğal altında qalması Türkiyənin özünün gələcək təhlükəsizliyinə təhdiddir. İnsanlar səs verdikləri millət vəkillərindən tələb etməkdədirlər ki, Qarabağın azad olunmasına çalışsınlar. Dövlət qarşısına da belə tələblər qoyulmaqdadır. Türk ordusunun Azərbaycandakı varlığı bütünlükdə bölgədəki siyasi və hərbi situasiyanı dəyişib. Hər gün Rusiyanın Ermənistana silah daşınması xəbərlərinə rast gəlirik. Məgər bundan əvvəl bu silahlar  daşınmırdı? Bəzən Rusiya və ermənilər bu xəbərləri qəsdən yayırlar. Bizi ciddi addımlardan çəkindirmək məqsədi ilə edilir bu. Demək situasiya dəyişib. Düşmən qorxu içindədir. Deyirlər 100 minlik qeyri-nizami ordu yaradacaqlar. Onlar yüz min yaradırlarsa, biz 200 min könüllü çıxara bilərik. Bunu isə gecikmədən etməliyik. 

Güney Azərbaycanda bilrsiniz nə qədər insan var ki, Qarabağ biabırçılığına son vermək istəyir. Milləti Rusiya xofundan xilas etmək lazımdır. Mən bu fikirdəyəm ki, müharibə başlasa, Azərbaycan antiterror əməliyyatlarına başlasa, artıq Rusiya müdaxilə edə bilməz. Çünki artıq qarşısında qüdrətli Türkiyə ordusu var. İkinci tərəfdən Rusiyanın Avropanın qərbində NATO ölkələrinin hərbi varlığı onu qorxudur. Mən bütün bunların  xeyrimizə olduğu qənaətindəyəm. Azərbaycan gecikmədən Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalamalıdır.  Bu saziş həm də Azərbaycanın bir neçə yerində hərbi bazaların yaradılmasını qanuniləşdirməlidir. Türkiyə isə inanıram ki, Azərbaycana ordu göndərməsini TBMM-də həll edəcək".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930