Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sentyabrın 1-də başlayan, 2-də bitən müharibə – 62 dövlət savaşıb, 65 milyon insan ölüb

1 sentyabr II dünya müharibəsinin başlandığı gündür. 81 il öncə, 1939-cu ilin məhz bu günündə faşist Almaniyasının Polşaya hücumu ilə tarixin ən qanlı müharibəsi başlanıb. Musavat.com 6 il 1 gün davam edən dünya müharibəsi haqqında ən maraqlı faktları təqdim edir.

1. II dünya müharibəsi bəşər tarixinə nüvə silahının tətbiq edildiyi ilk və hələ ki son müharibə kimi düşüb. Belə ki, ABŞ Yaponiyanın kapitulyasiyasını sürətləndirmək üçün 1945-ci ilin avqustun 6-da və 9-da Xirosima və Naqasakiyə atom bombası atıb.

2. Müharibədə 62 dövlət iştirak edib. Bu planetin təxminən 80 faizi sayılıb. Qeyd edək ki. həmin ərəfədə dünyada 73 dövlət mövcud olub.

3. Müharibə zamanı dünyanın 40 dövlətinin ərazilərində hərbi əməliyyatlar keçirilib.

No description available.

4. Bütövlükdə müharibədə iştirak etmək üçün 110 milyon insan səfərbər edilib. Onlardan 65 milyonu həlak olub. SSRİ-nin bu müharibədə canlı itkilərinin sayı 25 milyondan artıq olub.

5. 1923-cü ildə SSRİ-də anadan olan kişilərin 80 faizi II dünya müharibəsinin iştirakçısı olub.

6. Dünya tarixində miqyasına, itkilərinə və hərbi əməliyyatların sayına görə ən qanlı döyüş Stalinqrad uğrunda gedən döyüş sayılır. Bu döyüşdə təxminən 1.5 milyon insan həlak olub. Stalinqrad döyüşləri təkcə SSRİ-də deyil, bütöv Avropada müharibənin gedişatını dəyişdirib.

No description available.

7. Müharibə ərəfəsində tərəflərin sualtı gəmilərində xidmət edən 40 min nəfərindən yalnız 10 mini sağ qalıb.

8. Müharibə ərəfəsində Almaniyada canlı qüvvələrin itkisi 7 milyon nəfər olub ki, almanlar bu itkinin 70-80 faizini SSRİ ərazisində veriblər.

9. II dünya müharibəsinin ən dəhşətli faktlarından biri SSRİ ilə bağlıdır. Belə ki, Leninqrad şəhəri 900 gün mühasirədə qalıb və bu ərəfədə 800 mindən artıq şəhər sakini aclıqdan və soyuqdan həlak olub.

10. Daha dəhşətli faktlardan biri isə Ukrayna ilə bağlıdır. Müharibə dövründə Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birlikdə almanlar tərəfindən yandırılaraq məhv edilib.

No description available.

11. 6 milyondan artıq yəhudi II dünya müharibəsinin qurbanı olub.

12. Müharibə dövründə ən uzun müddətli hava döyüşləri Böyük Britaniya uğrunda olub. Hərbi-hava əməliyyatları 1940-cı ilin iyulundan 1941-ci ilin may ayına qədər davam edib.

13. Adolf Hitlerin hesablamalarına görə, 1941-ci ilin payızında SSRİ adlı bir dövlət artıq mövcud olmamalıymış.

14. Müharibə nəticəsində bir sıra ölkələr, Efiopiya, İslandiya, Suriya, Livan, Vyetnam, İndoneziya və s. öz müstəqilliklərini əldə ediblər.

No description available.

15. İİ dünya müharibəsi ərəfəsində nasist Almaniyasının rəhbəri Adolf Hitlerə qarşı 14 dəfə sui-qəsdə cəhd edilib. Fürerə qarşı bu cəhdlərin heç biri baş tutmayıb.

16. Müharibənin sonunda SSRİ-də 3.5 milyon əsir olub. 1956-cı ilə qədər əsirlərin hamısı öz ölkələrinə təhvil verilib.

17. Dünya müharibəsi ilə bağlı maraqlı faktlardan biri də, iştirakçı dövlətlərin ordusunda xidmət edənlərin işğal ərazilərindəki törətdikləri cinayətlərlə bağlıdır. Bu sırada qadın zorlamaları birinci yerdə durur. Bəzi araşdırmaçıların qənaətinə görə. müharibə illərində işğal olunmuş ərazilərdə yaşı 13-70 arasında olan 4 milyondan artıq qadın zorlanıb. Onlardan 2 milyonu sovet ordusunun əsgər və zabitlərinin payına düşür.

18. Altı il davam edən müharibədə tərəflər 3.4 milyon ton bombadan istifadə ediblər.

19. Müharibənin tərəflərə vurduğu ziyanın ümumi məbləği 4 trilyon dollardan artıq olub.

No description available.

20. 1939-1945-ci illərdə ABŞ-ın müdafiə sahəsinə ayırdığı büdcə 1.9 milyard dollardan 59.8 milyard dollara qalxıb.

21. Müharibə dövründə ümumilikdə 5 milyon pulemyot, 1 milyon top, 670 min təyyarə, 700 mindən artıq tank və zirehli texnika istehsal olunaraq müharibənin gedişində istifadə edilib.

22. II dünya müharibəsinin sona çatması, nasist Almaniyasının və müttəfiqlərinin məğlubiyyəti ilə faşizmin qlobal cərəyana çevrilməsinin qarşısı alınıb.

23. Bu müharibədən sonra ABŞ və SSRİ daha qabarıq şəkildə planetin güc dövlətləri kimi tanınıb.

24. Müharibə sentyabr ayında başlandığı kimi, sentyabr ayında da sona çatıb. 14 avqust 1945-ci ildə Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edib. Sentyabrın 2-də isə Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalayıblar.

Faktlardan göründüyü kimi, müharibə heç vaxt heç bir dövlətə və xalqa xoşbəxtlik, inkişaf, firavan həyat bəxş etməyib. Amma bu gerçəkliyə baxmayaraq, planetdə hələ də müharibə və münaqişələr yaratmaq, işğalçılıq siyasəti yeritmək arzusunda olanlar da az deyil – mənfur qonşumuz Ermənistan, Aralıq dənizində Türkiyəyə yenidən meydan oxuyan Yunanıstan kimi…

İlham Cəmiloğlu, Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930