Şoyqu Tonoyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi
Rusiya və Ermənistanın müdafiə nazirləri – Sergey Şoyqu və David Tonoyan bazar günü Moskvada görüş zamanı Ermənistan-Azərbaycan sərhədində, həmçinin Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyəti müzakirə ediblər.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: "Görüş zamanı Ermənistan müdafiə naziri rusiyalı həmkarına iyulda baş vermiş hərbi əməliyyatlardan sonra regiondakı mövcud vəziyyət, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində və Dağlıq Qarabağda atəşkəs xəttindəki əməliyyat şəraiti ilə bağlı məlumat təqdim edib".
Tərəflər həmçinin ikitərəfli hərbi əməkdaşlıq məsələlərini və regional problemləri müzakirə ediblər.