Məmur və varlı təbəqə qanunlara riayət etməlidir
Ölkəmizdə koronovirus pandemiyası tüğyan etdiyi bir dövrdə bəzi məmurların hökümət tərəfindən qəbul edilmiş qərarların və karantin qaydalarını pozması əhali tərəfindən haqlı narazılığa səbəb olmuşdur. Qanun hamı üçün ali olmalıdır, yalnız sıravi vətəndaş üçün yox. . Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
Məmur və varlı təbəqə qanunlara riayət etməlidir. Əgər oxumuş, ziyalı təbəqə buna əməl etmirsə, biz sıravi vətəndaşa nə deyə bilərik. Heç bir məmur sıravi vətəndaşdan üstün deyil. Vəzifəsindən asılı olmayaraq hər bir şəxs mövcud reallığı, qanunların aliliyini nəzərə alıb hökümət tərəfindən insanların sağlamlığının qorunması üçün verdiyi qərarlara tabe olmalıdır.
Samira Mustafayeva
"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri