“Qarabağ”ın qələbəsi Azərbaycanın reytinqini qaldırdı
UEFA reytinqində Azərbaycan irəliləyib.
“Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib.
Cari mövsümdə 0,375, son beş mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib.
23-cü yerdəki Bolqarıstandan Azərbaycan 1,625 xal geri qalır.