“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ
“Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəlib.
Komandamızın II təsnifat mərhələsindəki rəqibinin adına sabah aydınlıq gələcək. Belə ki, Moldovanın “Şerif” və Lüksemburqun “Fola” komandaları arasında keçiriləcək görüşün qalibi “Qarabağ”ın rəqibi olacaq.