Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

21 yaşında, doğma torpağında və yaddaşlarda qalan qəhrəman – Bu gün 50 yaşı tamam olacaqdı…

Azərbaycanda Sovet hakimiyyəti ötən əsrin əvvəllərində quruldu. Sovet hakimiyyətinin qurulmasında 20-ci illərin gəncləri olan komsomolçular fəal iştirak etdilər. 1970-ci ildə, inqilabı əks etdirən, eyni zamanda komsomolçuların fəaliyyətini sərgiləyən bir filmdə çəkildi.Filmhəm də Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdu. Yəqin ki, unutmamısınız: “Yeddi oğul istərəm”.

Həmin yeddi oğulun içində ən cəsuru, ən diribaşı, ən emosionalı, “düşmənə” qarşı sonsuz dərəcədə amansızlıq göstərən bir qəhrəman vardı, adı Mirpaşa!… Fikrim heç də Sovet hakimiyyətinin qurulmağından yazmaq deyil. Ötən əsrin sonlarında Sovet hökumətinin ölkəmizə vurduğu sonuncu zərbəsindən, erməniləri üstümüzə qısqırtmasından sonra, vətənimizin erməni quldurlarından müdafiə olunması, onların murdar ayaqlarının torpaqlarımıza toxunmaması uğrunda canından keçmiş bir qəhrəman, “Mirpaşa” ləqəb ilə tanınan Hidayət Rüstəmov haqqında yazacam. “Yeddi oğul istərəm” filmini heç də təsadüfi xatırlatmadım sizlərə…Həmin filmin çəkildiyi ildə, 19 avqust 1970-ci ildə, haqqında yazacağım qəhrəman, Hidayət Eldar oğlu Rüstəmov (Mirpaşa) Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb…

Hidayət Eldar kişinin 4 qız, 3 oğlan övladlarının içində beşincisi idi. Öz nadincliyi, dəli-dolu hərəkətləri ilə digər uşaqlardan fərqlənirdi. Orta məktəbdə oxuduğu illərdə diribaşlığı, haqsızlığa qarşı barışmazlığı ilə özünü hamıya sevdirmişdi. Dərslərini o qədər yaxşı oxumurdu. Amma həmişə gücsüzün yanında olması, nadincliyi, necə deyərlər, yetənə yetib, yetməyənə bir daş atmasına baxmayaraq, müəllimləri onu təmiz ürəkli olmasına görə çox istəyirmiş… 1988-ci ildə orta məktəbi bitirən Hidayət həmin il Sovet ordu sıralarında xidmətə yollanır. 2 illik hərbi xidmətdən döndükdən sonra artıq mənfur qonşularımızın torpaq iddiasına görə Qarabağda qanlı münaqişə başladı, hətta hadisələrin gedişatı müharibənin labüdlüyünü ortaya qoyurdu. Hidayət tay-tuşları kimi ilk öncə bu haqq işində xalqının yanında olmağı seçdi.O, daxili işlər orqanına müraciət edərək, torpaqların müdafiə olunmasında iştirak etmək istədiyini bildirir. Onu, vətənin ağır günündə düşmənlə mübarizə aparmaq üçün Ağdam rayon polis (milis) idarəsinə işəqəbul edirlər. Beləcə, o polis forması geyinərək vətənin müdafiəsinə qalxır…

Meşəliyə gedən qəhrəmanlıq yolu…

Qarabağda bir kənd vardı- “Meşəli”… Qırxqız dağının ətəyində, füsünkar gözəlliyə malik olan bu kənd, adı kimi meşəliyin ortasında salınmışdı… Meşəli kəndi dörd bir tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu, zaman-zaman ermənilərin basqınlarına məruz qalır, əhali qorxu, həyacan içərisində yaşayırdı. Belə bir ağır zamanda Ağdam rayon polis idarəsinin əməkdaşları kömək məqsədi ilə bu kəndə göndərilir. Göndərilənlər arasında Hidayət də var idi… Gəldiyi gündən artıq kənd camaatı arasında bir polis olaraq, çevikliyi, peşəkarlığı, hazırlığı ilə seçilir. Xalqının düşmənlərinə, silahsız dinc əhaliyə qəflətən hücum edən, onları qətlə yetirən erməni yaraqlılarına qarşı həmişə amansız davranmasına görə, silahdaşları ona ləqəb də qoymuşdular…”Mirpaşa”…

Mirpaşa- Hidayət ermənilərin ara-sıra baş verən silahlı basqınlarına qarşı qorxmadan döyüşə atılır, yoldaşları və kənd camaatı ilə birlikdə onlara göz açmağa imkan vermirdi. O, hərbi xidmətdə atıcı vəzifəsində xidmət etdiyinə görə, silahlardan düzgün istifadə etməyi bacarırdı. Onun atdığı sərrast atəşlər hədəfdən yayınmırdı… “Mirpaşa” ermənilərin kabusuna çevrilmişdi… Hər dəfə ermənilər ciddi dirənişlərlə qarşılaşdığını görərək, qüvvələrinin sayını artırmaq, nəyin bahasına olursa olsun Meşəlini “susdurmaq” istəyirdilər. Onların niyəti o idi ki, kəndin əhalisini qırsınlar, kəndi yandırıb xarabalığa çevirsinlər, bununla da digər ətraf kəndlərə və rayonlara göz dağı verib, onları qorxuzsunlar…

Uzun hörüklü qız sevirəm…

“Mirpaşa” Meşəliyə gəldiyi ilk günlərdən uzun hörükləri olan, gülərüzlü, ağbənizli bir qıza vurulur… Sevgi xariqələr yaradır -deyirlər… Bu sevgi isə özüdə bilmədən Mirpaşanı qəhramanlığa doğru aparırdı… Mirpaşa müharibə bitdikdən sonra sevdiyi qızı da götürüb öz doğma kəndlərinə gedəcəyini, toy edib, birlikdə xoşbəxt yaşayacaqları günlərin xəyalını qururdu öz-özlüyündə… Növbəni dəyişib öz kəndlərinə qayıtmışdı. İki gün olardı ki, evlərində, doğmalarının yanında idi. Anasını xəlvətə çəkib, ona sevdiyi qızdan söz açmışdı.


Anası sevincərək, necə bir qızdır soruşanda, gülə-gülə:

 

– Uzun hörüklü bir qızdır, ana, müharibə bitsin, götürüb gələcəm kəndə, toyumuzu edərik – demişdi.

Anası da oğlunun boynunu qucaqlayıb: – Nə deyirəm, ay bala, inşaallah- demişdi… Kənddə olduğu günlərdə içində olan bir sıxıntı onu rahat buraxmırdı, sanki nədənsə nigaran idi…Bu nigarançılıq, gecə-gündüz düşündüyü, xəyalını qurduğu, sevdiyi qızla bağlı idi… Gecəni narahat yatan Mirpaşa səhər tezdən polis bölməsinə gedir, bölük komandiri ilə rastlaşır:


– Meşəlidə vəziyyət pisdir, ora getməyə könüllü axtarırıq- deyir komandiri.

Heç düşünmədən:

 

– Məni yazın, mən gedərəm- deyir.

 

– Yox, səni olmaz, sən iki gündür gəlmisən- deyə bölük komandiri qəti etiraz edir…

 

”Mirpaşa” təkidlə israr edir:

– Xahiş edirəm, məni yazın, mən o kəndi çox yaxşı tanıyıram, mənim getməyim daha uyğun olar! Çarəsiz qalan komandir onun getməyinə razı olur. Evlərinə gələn “Mirpaşa” çantasını götürüb, doğmaları ilə görüşüb evdən çıxır… Yaxınlıqda yaşayan qardaşının nişanlısıgilə gedir. Qardaşının nişanlısını çağırıb:

– Mahirə, mən gedirəm, Meşəlidə vəziyyət pisdir, gəldim ki, ad gününü təbrik edim, hədiyyəmi anam axşam gətirəcək- deyir, sağollaşıb gedir…Əlləri qoynunda, sakit baxışları ilə onu müşayiət edən Mahirə özü də anlamadı ki, Mirpaşa bir daha geri qayıtmayacaq… Bu gediş onun sonuncu gedişidir…Doğulub boya-başa çatdığı kəndi, doğmalarını, dostlarını, yaxınlarını tərk edib, sevdiyi qızı yağı düşmənlərdən qorumağa gedirdi…

Sonuncu döyüş….

Meşəli kəndini mühasirəyə alan ermənilər səs gücləndirici ilə kənd camaatından silahları yerə qoyub kəndi boşaltmağı tələb edirlər. Əks təqdirdə onların hamısını öldürəcəklərini, kəndə od vurub yandıracaqlarını bildirirlər. Bunlara məhəl qoymayan “Mirpaşa” yoldaşları ilə hərəsi bir evin çardağına çıxır, düşmənə qarşı mövqe seçirlər. Pulemyotu quraraq gələn ermənilərə qarşı döyüşməyə başlayır. Axşam saat altıdan başlayan atışma gecə saat birə qədər davam edir. Ermənilər sayca çox idilər. Qeyri-bərabər döyüş getsədə, kənd camaatının köməyi yox idi…taqətləri tükənirdi. “Mirpaşa” pulemyotdan açdığı atəşlərlə sanki düşmənlərin başına “dolu” yağdırır, onların başlarını qaldırmağına imkan vermir… “Mirpaşa”nı heç cürə susdura bilməyən düşmən arxa tərəfdən gələrək, evə benzin tökərək od vururlar. Sonuncu gülləsinə qədər vuruşan qəhrəman bir neçə güllə yarasıda alır və yıxılır, gözləri qaralır, həmin vaxt yanında olan silahdaşı onu qucaqlayır. Polis həmkarının gözlərinə baxaraq xırıltılı səslə nəsə demək istəyir… Ancaq nəfəsi çatmır və sözünü deyə bilmir…dəli-dolu, qorxmaz, Meşəlinin qəhrəman “Mirpaşa”sı, Xıdırlının ərkəsöyün, nadinc Hidayəti gözlərini əbədi olaraq bu dünyaya yumur…Beləcə, yanan evin içərisində cəsədi xəyalları, arzuları ilə birgə külə dönür…Görəsən qəhrəman son nəfəsində nə demək istəyirmiş?… Bəlkə də, “Mirpaşa” sevdiyi qıza: “Bağışla, səni qoruya bilmədim, səni xoşbəxt edə bilmədim”- demək istəyirmiş?!… Axı “Mirpaşa” hardan biləydi ki, qonşu evdə də onun sevdiyi qız alovların arasındaonunla eyni anda yanaraq külə dönür…

 

Onların ruhları bir-birindən xəbərsiz göylərə qalxır və öz sevgilərinə əbədi olaraq göylərdə qovuşurlar…

 

Beləcə, bir igidimiz – Hidayət Rüstəmov 23 dekabr 1991-ci ildə qəhrəmancasına şəhid olur. O, bu döyüşdə düşmənin – “vələdüzzina”ların 10-dan çox canlı qüvvəsini məhv edib. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Hidayət Rüstəmov Ağdam rayonunun 15 Milli Qəhrəmanlarından biridir…Bu gün onun doğum günüdür, yaşasaydı 50 yaşı tamam olacaqdı…İllər keçsədə, sən əbədi olaraq Meşəli camaatının və eləcədə Azərbaycan xalqının qəlbində bir qəhrəman kimi yaşayacaqsan, cənnətdəki doğum günün mübarək Şəhidim!

Nicat Kolan
Edalet.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31