Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Türkiyə bölgədə – Qarabağda ədalətli sülhü yaxınlaşdıran mühüm gəlişmə

Siyasilər və ekspertlər konfliktin nizamlanmasında Türkiyə və Rusiya amillərini uzlaşdırmağı mümkün sayırlar; böyük müharibədən qaçmaq olar, əgər…

Halbuki Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ötən həftə vurğuladığı kimi, Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. “Konflikt BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884 saylı), Helsinki Yekun Aktı əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Başqa həll yolu yoxdur və ola da bilməz”, – deyə PA rəsmisi qeyd etmişdi.

Bundan ötrü isə sadalanan prinsiplər əsasında mərhələli həll tələb olunur. Yəni öncə Ermənistan işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarılır, məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün təhlükəsiz şərait təmin edilir, iki icmanın birgəyaşayışı yönündə addımlar atılır, kommunikasiyalar, yollar açılır, blokada götürülür, Dağlıq Qarabağın yekun statusu isə sonrakı mərhələyə saxlanılır.

Ancaq təəssüflər olsun ki, erməni tərəfi ixtilafın yeganə optimal həll yolu kimi mərhələli həll variantını illərdir yaxına buraxmaq istəmir və “müharibə qalibi” ədası ilə Azərbaycandan faktiki, kapitulyasiya sənədinə imza atmağı tələb edir. Bu isə təbii ki, heç vaxt olmayacaq. Ona görə ki, nə müharibə bitib, nə rəsmi Bakı beynəlxalq hüququn ərazi bütövlüyü prinsipindən imtina edib, nə də Azərbaycan öz qanuni torpaqlarını Ermənistanla alver predmeti etmək niyyətindədir. Demək, öz maksimalist və təxribatçı mövqeyi ilə təcavüzkar tərəf yalnız müharibəni yaxınlaşdırır, hamı üçün, öncəliklə də Ermənistan üçün vacib olan ədalətli və böyük sülhü yox…      

*****

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi ...

Lakin bu il sülh danışıqlarında ciddi dinamika və nəticə olmasa da, Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin daha yüksək səviyyəyə qalxması və qardaş ölkənin Cənubi Qafqazda möhkəmlənməsi ilə yadda qalacaq. İki təbii müttəfiq ölkə arasında bu il ordu rəhbərliklərinin və generalitetlərin intensiv xarakter alan qarşılıqlı səfərləri, düşmən üçün göz dağı olan birgə möhtəşəm təlimlər buna bariz sübutdur.

Çox böyük ehtimalla, bütün bunların davamı olaraq, Bakı ilə Ankara arasında yeni hərbi müqavilənin, ölkəmizdə Türkiyə hərbi bazalarının qurulması haqda ikitərəfli anlaşmanın da məhz bu il şahidi ola biləcəyik. Bundan ötrü Azərbaycan qanunvericiliyinə yəqin ki, müvafiq düzəlişlər də ediləcək. Çünki mövcud qanunlara görə, neytral xarici siyasət aparan ölkəmizin ərazisində başqa dövlətin hərbi bazaları yerləşdirilə bilməz. 

Bir sıra analitiklərə görə də, bölgədəki şərtlərin diktəsi ilə Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin imzalanmasının vaxtı çatıb. Həmin müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəanın öz əksini tapacağı şəksizdir. Hesab edilir ki, belə bir müqavilə təkcə düşmənlərimizə yerini göstərmək üçün deyil, həmçinin Azərbaycan daxilində vətəndaşların dövlətimizə olan inamının artırılmasına köməklik baxımından mühüm önəm kəsb edir. Aydındır ki, Türkiyə ilə hərbi İttifaq sazişinin imzalanması ilə işğalçı ölkənin müttəfiqləri ölkəmizə təzyiq göstərəcəyi halda bizim müttəfiqimizin də bu məsələyə müdaxilə edə biləcəyini çox dəqiq anlamış olacaqlar. 

*****

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh ...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə hesab edir ki, Türkiyə həm də Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalı, ehtiyac olarsa Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə belə hazır olmalıdır.

“Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalıdır. Onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu, Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması (Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər”, – deyə o qeyd edib.

Siyasətçiyə görə, əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır: “Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanmsı və NATO-ya üzvlük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlaramızı işğaldan azad etməlidir”.

Partiya sədrinin fikrincə, Bakı Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməlidir: “Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır. Rusiya hərbçiləri birinci Qarabağ savaşında olduğu kimi Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq. Son birgə təlimlər həm də bunun anonsu idi”.

Öz növbəsində rusiyalı analitik Stanislav Tarasov o qənaətdədir ki, Azərbaycan Türkiyə ilə inkişaf edən münasibətlərini Rusiya ilə də balanslaşdırmaq istəyir. “Bakının Moskva ilə daha geniş kontekstdə müqavilə imzalamaq imkanı var” – Tarasov deyib və əlavə edib ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqının üzvü etmək istəyir: “Burada əsas məsələ odur ki, Bakı hansı şərtlərdə Kremlin təşkilata üzvlük təklifini qəbul edəcək. Moskva Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü qarşılığında hansı əməkdaşlığa hazır olacaq? Sözsüz ki, İrəvan bu məsələdə müqavimət göstərəcək”.

Bakının şərtləri isə çoxdan məlumdur: bu üzvlüyə kimi Rusiya Dağlıq Qarabağla bağlı mərhələli həll planının reallaşması üçün real addımlar atsın, Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılmasına başlansın. Yəni İrəvana təzyiq edib onu konstruktiv mövqe tutmağa vadar etsin. Əks halda, Azərbaycanın heç nə olmayıbmış kimi işğalçı ölkə ilə birgə iqtisadi və hərbi (KTMT) bloklarda təmsil olunması qeyri-mümkündür.   

*****

Eldar Namazov “Qarabağ gündəliyini” açıqladı - nələr var ...

Politoloq Eldar Namazov da hesab edir ki, Türkiyə Qarabağ münaqişəsinin həllində Rusiyanı balanslaşdıra bilər: “Türkiyə birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edir. Bu isə ehtimal olunan müharibədə bir yox, bir neçə dövlətin iştirakı deməkdir. Türkiyə Rusiyaya ya münaqişəni danışıqlar yolu ilə həll etmək, ya da müharibə variantını xatırlada bilər. Digər tərəfdən, müharibə olarsa, Türkiyə Rusiyanı Azərbaycan və Ermənistanın təkbətək müharibə etməsi üçün razı sala bilər. Əks təqdirdə müharibə təkcə Ermənistan və Azərbaycan arasında deyil, onların müttəfiqi olan Rusiya və Türkiyə arasında da gedə bilər. Ankara bu reallığı Moskvaya təqdim edərək, onun ehtimal bir müharibədə tərəfsiz qalmasını labüd edə bilər”.

Politoloqun sözlərinə görə, dünya hazırda yeni proseslərin astanasındadır: “Bu proses çərçivəsində bir çox dondurulmuş münaqişələr aktivləşə bilər. Yeni-yeni dövlətlər yarana, böyük dövlətlər parçalana bilər. Bu reallıqları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan da öz təhlükəsizliyini qorumağa məcburdur. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də Azərbaycanın təhlükəsizliyi baxmından həyati əhəmiyyət daşıyır”.

Beləliklə, Qarabağ probleminin həlli uzandıqca onun ətrafında geosiyasi situasiya ciddi dəyişikliklərə məruz qalmaqdadır. Nə xoş ki, bu dəyişikliklərin episentrində qardaş Türkiyənin artan siyasi-hərbi çəkisi və fəallığı dayanır. Bu isə münaqişənin, nəhayət ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin uzaqda olmadığına inamı gücləndirir – istər hərbi yolla olsun, istərsə də danışıqlar yolu ilə..(musavat.com)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31