Soros Paşinyanı danladı – Lukaşenkoya görə
Amerikalı milyarder Corc Soros özünün Ermənistandakı baş nümayəndəsi Larisa Minasyan vasitəsilə Ermənistan Baş naziri Nikol Paşinyana narazılığını çatdırıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Ermənistanın səsi” qəzeti yayıb. Məlumata görə, Sorosun narazılığı Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik etməsiylə bağlı olub:
“Paşinyan manevr etmək qərarına gəlib. Bununla Qərbin diqqətini cəlb etməyə çalışır. Yəni investisiya vermirsinizsə, mən başqa oyun oynayacağam. Nəticədə cənab Sorosun etirazını alıb”.