Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı
Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət rejimi beşinci dəfə uzadılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin iclasında məlumat verilib.
Ədliyyə naziri Rüstəm Badasyanın deyib ki, 16 mart 2020-ci ildə tətbiq olunan fövqəladə vəziyyət rejimi sonra dörd dəfə uzadılıb.
12 avqust tarixində fövqəladə rejim başa çatır, lakin onun yenidən 11 sentyabr 2020-ci ilədək uzadılmasına qərar verilib.
Qərar dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Son məlumata görə, Ermənistanda 40 min 794 nəfər koronavirusa yoluxub, 806 nəfər ölüb, 33 min 492 xəstə isə sağalıb.