Zakaryan ilk iş günündə koronavirusa yoluxdu
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin yeni rəisi Aşot Zakaryan koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, o, "Joxovurd" qəzetinə bu barədə bildirib.
Zakaryan hərbi polisin rəhbəri kimi çıxdığı ilk iş günündə izolyasiya olunub. O, hazırda Vanadzor xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Aşot Zakaryan 6 avqustda sözügedən vəzifəyə təyinat alıb.