Şuşa rayonu üzrə 2020-ci ilin yanvar-iyun aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi
2020-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artaraq, 7840,4 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 225,6 manat təşkil etmişdir.
Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat və anbar təsərrüfatının 4,3 faiz, ticarət və xidmət sahəsinin müvafiq olaraq 1217,8 faiz artmasıdır.
Məhsulun 3206,9 min manatı kənd təsərrüfatında, 3712,4 min manatı tikintidə, 268,8 min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 652,3 min manatı isə ticarət və xidmət sahələrində olmuşdur.
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı min manatla
|
2020-ci ilin yanvar-iyun ayları faktiki, min manatla |
2019-cu ilin yanvar-iyun ayları faktiki, min manatla |
2020-ci ilin yanvar-iyun ayları 2019-cu ilin yanvar-iyun aylarına nisbətən,faizlə |
Sənaye |
0 |
0 |
x |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
3206,9 |
3241,8 |
98,9 |
Tikinti quraşdırma işləri |
3712,4 |
4020,4 |
92,3 |
Nəqliyyat və anbar təsərrüfatı |
268,8 |
257,7 |
104,3 |
İnformasiya və rabitə |
0 |
0 |
x |
Ticarət və xidmət |
652,3 |
49,5 |
1317,8 |
YEKUN |
7840,4 |
7569,4 |
103,6 |
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Asəf Mikayılov