Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artdı
Ermənistanda son sutka ərzində daha 196 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 39 min 298-ə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 6 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 768 nəfər olub.
İndiyədək 30 min 372 xəstə sağalıb. Hazırda Ermənistanda 7 930 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, bundan əvvəlki sutkada Ermənistanda 52 nəfərdə koronavirus aşkarlanmışdı.