Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.

M. Simonyanın Ermənistan hökuməti başçısının ünvanına yeni müraciəti mahiyyətinə görə daha təhqiramizdir. Rusiyalı jurnalist N. Paşinyanı erməni xalqının maraqlarına, tarixinə və dəyərlərinə xəyanət etməkdə günahlandırır.

Virtualaz.org bildirir ki, Simonyanın Paşinyana qarşı növbəti hücumu ilə bağlı fikirləri jurnalistin Facebook səhifəsində dərc olunub.

M. Simonyan, Paşinyanın 2005-ci ildə Osmanlı İmperiyasındakı “erməni soyqırımını” inkar edən və bir erməni ictimai və siyasi xadimi üçün paradoksal olan çıxışından sitat gətirib: "Gəlin, əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik sual verək: bəs bu əcdadlarımız bizə nələri vəsiyyət etdilər, özlərindən sonra nə qoyub getdilər? Heç bir şey, heç nə. Ona görə heç nə ki, sən sıfırdan başlamaq məcburiyyətindəsən və mən bilmirəm ki, biz hansı minusdan başlamalıyıq, çünki bizim əcdadlarımız bizə sadəcə, soyqırımı, alçaldılma, xəyanətkarlıq və əxlaqsızlıq ehtiyatını qoyub gediblər və indi məlum olur ki, onları aradan qaldırmaq çətindir, olduqca çətindir.

Mən əcdadlarımızı qınayıram, onları lənətləyirəm, çünki onlar bu gün bizim daha ləyaqətlə və daha qürurla yaşamağımız üçün heç nə etmədilər. Əcdadlarımız heç olmasa öz nəsillərinin qayğısına belə qalmadılar, hansı ki, heyvanlar instinktiv olaraq bunu edirlər. Əcdadlarımızı tərifləyənlərin hamısını qınayıram".

Maraqlıdır ki, M.Simonyan, Robert Koçaryan hakimiyyətinə müxalif olan “Aykakan Jamanak”ın baş redaktoru, jurnalist Paşinyanın səsləndirdiyi qalmaqallı fikirləri nədənsə birdən, özü də 15 il sonra (!!!), üstəlik həmvətənlərini tarixi həqiqətin gözünə dik baxmağa çağıran müəllifə qarşı qəzəb və kin-küdurətlə xatırlayır.

Simonyan ulu nənəsini də xatırladır, hansı ki, özünün yazdığı kimi, indiki jurnalisti "bəşər tarixində misli görünməmiş, qanlı qırğın qurbanlarının xatirəsinə əbədi ehtiram ruhunda" tərbiyə edib. Simonyanın sözlərinə görə, bu gün Ermənistanı idarə etməyi, onun müqəddəs nənəsini "soyqırım və əxlaqsızlıqda" ittiham edən bir insana tapşırıblar.

Nəhayət, xanım Marqarita Simonyan fitnəkar düşüncə ilə yazır: “İndi başa düşürəm ki, mənim postum Ermənistanda niyə bu qədər səs-küyə səbəb olub. Mən, həqiqətən, böyük erməni tarixinə nifrət edən, əcdadlarını lənətləyən və soyqırımı qurbanlarının xatirəsinə hörmət etməyən şəxsin hakimiyyətinə sevinməyə qadir olan publikanın bir hissəsi deyiləm. Zərərli və manqurt. Mənim nənəm onun gözlərinə tüpürərdi".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31