Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır
Ermənistanda son sutka ərzində daha 52 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 39 min 102-yə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 8 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 762 nəfər olub.
İndiyədək 29 861 xəstə sağalıb. Hazırda Ermənistanda 8 251 aktiv koronavirus xəstəsi var.