Erməni təşviqatçı Putini təhqir etdi: ”Rusiya da ermənilər kimi ”Məxməri inqilab” etməlidir”+VİDEO
Xabarovskda etiraz mitinqləri davam edir. Rusiya rəsmiləri burda xarici iz axtaranda və etirazların “rəngli inqilablar”a çevrilməsini istəyən qüvvələri araşdıranda yəqin ki, ağıllarına ermənilər gəlməzdi.
Sizə təqdim olunan videoda erməni təşviqatçı Xabarovsk əhalisinə müraciət edərək “biz ermənilər kimi siz də inqilab etsəniz, siz də bizim kimi rahat yaşayacaqsınız” deyir.
Ermənistanda vəziyyət ən birinci ermənilərin özünə məlumdur və ölkədən qaçmaq istəyənlərin sayı durmadan artdığı bir zamanda görəsən Uzaq Şərqdəki Rusiya vətəndaşlarına hansı rahat həyatdan danışır bu erməni?
Rusiya rəsmiləri Qərbdən, ABŞ-dan emissar gözləməsin. Həmin dairələrin iş metodlarından biri “özgə bayrağı altında” fəaliyyət göstərməkdir. Ermənilər tarixən başqa bayraqların alətləri olub. Burda da Ermənistanın havadarı olan Rusiya müdafiə etdiyi haylardan adı xəyanət olan növbəti zərbə aldı.