Ermənistanda koronavirusa yoluxanların sayı 39 mini keçdi
Ermənistanda son sutka ərzində daha 209 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 39 min 050-yə çatıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 5 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 754 nəfər olub.
Hazırda Ermənistanda 8 318 aktiv koronavirus xəstəsi var.