Ermənilər Şuşada yeni zərgərlik “mədəniyyət” mərkəzi açır…-FOTOLAR
Azərbaycan Respublikasının 29-cu ildir işğal altında qalan Şuşa şəhərində sülənən ermənilər yeni “mədəniyyət” mərkəzi açacaqlar.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
“Dafnezard”( azərbaycanca “dəfinə” sözündən götürülüb) adlanan üzdəniraq “mədəniyyət” mərkəzində guya keçmişdə zadəgan erməni xanımlarının taxdığı zərgərlik məmulatları nümayiş etdiriləcək və satılacaq. Həmin bəzək əşyalarının hamısının original olduğu və əllə işləndiyi bildirilir.
Mərkəzdə müxtəlif digər tədbirlər, fotosessiya və sərgilər də keçirilməsi planlaşdırılır.
P.S….
Sultan Laçın