Şuşa rayonu üzrə 2020-ci ilin məhsulu üçün əkin sahəsi
Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.
Şuşa rayonu üzrə 2020-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki, Şuşa rayonu üzrə 2020-ci ilin məhsulu üçün 01 yanvar 2020-ci il vəziyyətə 2746,8 hektar sahədə şumlama işi aparılmış, ondan 1544,5 hektarında buğda, 949,3 hektarında arpa, 61,3 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Bundan yaz əkini qurtaranadək 78,0 hektar buğda sahəsi və 505,0 hektar arpa sahəsi tamami ilə məhv olmuşdur. Beləliklə məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 1466,5 hektar buğda sahəsi və 444,3 hektar arpa sahəsi olmuşdur.
2020-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkində aparılmışdır. Yazlıq əkindən 111,6 hektar sahədə tərəvəz, 5,0 hektar sahədə kartof, 20,4 hektar sahədə isə yazlıq yonca, 2.7 hektar sahədə dən üçün qarğıdalı və 13,6 hektar sahədə ərzaq üçün bostan bitkiləri (2,0 hektar qarpız, 11,6 hektar yemiş) əkilmişdir.
Beləliklə, 2020-ci ilin məhsulu üçün 2280,2 hektar əkin sahəsi vardır. Bunun 1972,1 hektarı payızlıq, 153,3 hektarı yazlıq və 154,8 hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 16,5 hektar bağ sahəsi vardır.
2020-ci ilin məhsulu üçün payızlıq və yazlıq əkin sahəsinin keçən ilin müvafiq dövrü ilə müqayisəsi aşağıdakı cədvəldə öz əksini tapmışdır.
(hektarla)
S/s |
Məhsulun adı |
2020-ci il |
2019-cu il |
2020-ci ilin əkin sahəsi 2019-cu ilə nisbətən, faizlə |
1 |
Dənli bitkilər: |
1913,5 |
2455,6 |
77,9 |
|
o cümlədən |
|
|
|
1.1 |
buğda |
1466,5 |
1655,1 |
86,6 |
1.2 |
arpa |
444,3 |
800,5 |
55,5 |
1.3 |
Qarğıdalı (dən üçün) |
2,7 |
0 |
X |
2 |
Kartof |
5,0 |
6,0 |
83,3 |
3 |
Tərəvəz |
111,6 |
103,5 |
107,8 |
4 |
Ərzaq üçün bostan bitkiləri |
13,6 |
129,0 |
10,5 |
4.1 |
qarpız |
2 |
37,5 |
5,3 |
4.2 |
yemiş |
11,6 |
91,5 |
12,7 |
5 |
Yem bitkiləri(yonca) |
175,2 |
268,0 |
65,4 |
6 |
Yaşıl yem (xəsil) |
61,3 |
82,0 |
74,8 |
7 |
Yaşıl yem (qarğıdalı) |
0 |
2,0 |
Х |
|
Cəmi əkin sahəsi |
2280,2 |
3046,1 |
74,9 |
Cədvəldən göründüyü kimi 2020-ci ilin məhsulu üçün əkin sahələri 2019-cu ilə nisbətən 765,9 hektar və ya 25,1 faiz azalmışdır.
2019-cu ildə 2455,6 hektar, bu il isə 1913,5 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 542,1 hektar, yəni 22,1% azalmışdır.
2019-cu ildə 238,5 hektar, bu il isə 130,2 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 108,3 hektar, yəni 45,4% azalmışdır.
2019-cu ildə 82,0 hektar, bu il isə 61,3 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən 20,7 hektar, yəni 25,2% azalmışdır.
2019-cu ildən qalma 154,8 hektar və 20,4 hektar yeni əkilmiş yonca sahəsi olmaqla, cəmi 175,2 hektar yonca sahəsi vardır.
2019-cu ildə 268,0 hektar, bu il isə 172,5 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 34,6 hektar, yəni 8,3% azalmışdır.
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Asəf Mikayılov