Lavrov Azərbaycan və Ermənistan səfirlərilə cəbhədəki gərginliyi müzakirə etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən son hadisləri müzakirə edib.
Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd edilir ki, iyulun 21-də Rusiya Xarici İşlər Nazirliynin iqamətgahında təşkil olunan işgüzar görüşdə Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub.