Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kolumbiya mətbuatında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub

Bakı. Trend:

Kolumbiyanın geniş auditoriya kütləsinə malik olan Diariolaeconomia.com internet portalında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycanın qədim tarixə malik olduğu bildirilir, ölkəmizin Qafqazda təbii ehtiyatlarla ən zəngin ölkə olduğu diqqətə çatdırılır. Azərbaycanda kənd təsərrüfatının inkişafından, geniş turizm imkanlarından və iqtisadiyyatın şaxələndirməsindən bəhs edilərək onun böyük investisiyalar məkanı olduğu qeyd olunur.

Yazıda Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, koronavirus epidemiyasının bütün dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı, Azərbaycanın öz gücü ilə bu xəstəliyin fəsadları ilə inamla mübarizə apardığı qeyd olunur. Pandemiya ilə əlaqədar ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasətin həyata keçirilməsi nəticəsində vəziyyətin nəzarətdə saxlanıldığı, karantin rejiminin tətbiq edildiyi və bu sayədə xalqımızın böyük itkilər yaşamadığı diqqətə çatdırılır.

Məqalədə həmçinin, Kolumbiyanın da üzvü olduğu Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsün irəli sürüldüyü və sözügedən təşəbbüsün BMT-nin 130-dək üzv dövləti tərəfindən dəstəkləndiyi xüsusi olaraq vurğulanır.

Səfir M.Talıbovun sözlərinə istinad edilərək, aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın son 20-25 il ərzində böyük uğurlar qazandığı, iqtisadi inkişaf sahəsində davamlı və məhsuldar dinamika nümayiş etdirdiyi qeyd olunur. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz dəhlizi kimi beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyi, habelə iri infrastuktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrlə strateji mərkəzə çevrildiyi bildirilir.

Məqalədə Azərbaycan ilə Latın Amerikası ölkələri, o cümlədən Meksika və Kolumbiya arasında bir çox sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edilir və buna nümunə kimi Azərbaycanın simvolu olan nar ağaclarının Kolumbiyaya idxal olunması göstərilir.

Müsahibədə həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edilərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıllr. İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törətdiyi qeyd olunur. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilmədiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin, Kolumbiya Senatının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verdiyi vurğulanır.

Məqalənin sonunda Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən müəllif, Kolumbiyalıları Azərbaycanla daha çox maraqlanmağa dəvət edir və Azərbaycanın əlverişli turizm məkanı olduğunu bir daha vurğulayır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031