Şura “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili”nmi dəstəkləyir
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin icrasına başlayıb.
Bu barədə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oiruc məlumat verib.
S. Oruc bildirib ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan xalqına etdiyi “Biz birlikdə güçlüyük” müraciətinə dəstək olaraq "Qaydalara əməl et, özünü və cəmiyyəti qoru!" şuarı ilə Bakı şəhəri, Səbail, Nəsimi, Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardım etməkdir.
Qeyd edək ki, layihə 15 oktyabr tarixinədək həyata keçiriləcək.