Rusların əksəriyyəti Kremlin Azərbaycanı dəstəkləməsini istəyir?…- “Vzqlyad” nəşri
Rusiyanın "Vzqlyad" qəzeti öz veb-saytında Rusiya ilə Ermənistan arasındakı münaqişədə rəsmi Moskvanın kimə dəstək verməli olduğu mövzusunda sorğu keçirib.
Moderator.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, qəzet oxucularının 31.4% -i Kremlin Azərbaycanı dəstəkləməli olduğunu hesab edir. Respondentlərin yalnız 16.4% -nin fikrincə, Rusiya Ermənistanın yanında olmalıdır. Eyni zamanda, sorğuda iştirak edənlərin yarıdan çoxu (52,2%) hesab edir ki, Rusiya tərəflərdən heç birini dəstəkləməməlidir.
Erməni nəşrlərinin yaydığı məlumatlardan bəlli olur ki, Ermənistan siyasətbazları bu xəbərdən növbəti dəfə çox pərişan olublar. Onlar hesab edir ki, Putin hökuməti Ermənistanla Türkiyənin Azərbaycanla qurduğu kimi dostcasına müttəfiqlik münasibətləri qurmur və ümumiyyətlə, Moskva rəsmi Yerevanı müttəfiqlər siyahısından çıxdaş etməyə hazırlaşır…
P.S. Bu məlumatlara da arxayın olub əlimizi-qolumuzu sallayıb gözləmək olmaz. Əvvəla, Rusiyanın Azərbaycana rəsmən yaxınlıq siyasəti real şəkildə özünü göstərmir və görünsə də, ona heç vaxt etibar etmək olmaz – bu, hər gün yenidən Ermənistanın xeyrinə dəyişə bilər. İkincisi də biz əsasən öz gücümüzə güvənməli və öncə daxilimizdəki problemləri milli maraqlarımız istiqamətində həll edərək əsl həmrəyliyə, birliyə nail olmalıyıq…
Sultan Laçın