Londonda azərbaycanlılarla ermənilər arasında bayrağa və Əliyevin portretinə görə dava
Ermənistanın Londondakı səfirliyi qarşısında azərbaycanlıların etiraz mitinqi keçirilib.
Mitinq iştirakçılarından birinin virtualaz.org-a verdiyi məlumata görə, Londonda yaşayan azərbaycanlılar səfirliyin önünə toplaşaraq Ermənistanın Azərbaycanla sərhəddəki təxribatlarına etirazlarını bildiriblər. Aksiya dinc xarakter daşıyıb, bir çox azərbaycanlılar tədbirə öz uşaqları ilə gəliblər.
Amma aksiyanın keçirildiyi yerə gələn bir qrup erməni təxribat törətmək üçün özləri ilə Azərbaycan bayrağı və ölkəmizin Prezidentinin portretini gətiriblər. Ermənilər bayrağı və portreti yerə atmağa çalışanda, azərbaycanlılar bunun qarşısını almaq üçün onlar tərəfə cumublar.
Nəticədə tərəflər arasında dava başlanıb və onu yalnız hadisə yerinə gələn polis dayandıra bilib.
Virtualaz.org
◀▶