NATO Minsk qrupuna çağırış etdi
NATO Azərbaycan-Ermənistan sərhədindəki ağır texnikanın tətbiq olunduğu və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyir.
yknews.az Report-a istinadən xəbər verir ki, bunu alyansın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Feysbuk səhifəsində yazıb.
"NATO Minsk qrupunun həmsədrlərini tərəflər arasında gələcək eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırır", – NATO rəsmisi bildirib.