Azərbaycanda 543 yeni yoluxma qeydə alındı: 6 nəfər vəfat etdi
Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.