Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

XX əsrdə Ermənistanda türk toponimləri erməni toponimləri ilə əvəzlənib

Cəfər Qiyasi və İbrahim Bozyel «Armenian acts of cultural terrorism» adlı kitablarında qeyd edirlər ki, Z.Korkodyanın “Sovet Ermənistanının əhalisi” (1932-ci il nəşri) kitabına görə, XX əsrin əvvəllərində Ermənistan ərazisindəki 2310 coğrafi addan 2000-i türk mənşəli idi.

Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi SSRİ daxilində gedən proseslərlə sıx bağlıdır. 1924-1930-cu illərdə 80 toponimin adı dəyişdirilmişdi. Bu toponimlərin adlarının dəyişdirilməsi 3 yanvar 1935-ci il tarixli  rəsmi qərarla təsdiq olunmuşdu. Fərmanda deyilirdi ki, bir çox yer adları keçmişin dini, feodal-mülkiyyətçilik qalıqlarını əks etdirir, eləcə də onların əksəriyyəti qeyri-sabit və pozucu mahiyyətə malikdir. Bundan əlavə, bir çox toponimlər iki və daha çox ərazidə təkrarlandığından, poçt və digər idarələrin fəaliyyətini çətinləşdirirdi. Adların dəyişdirilməsi müharibədən sonra (1945-1950) daha geniş vüsət aldı ki, bunun da əsas səbəblərindən biri 1945-ci ilin noyabrında ermənilərin kütləvi olaraq Sovet İttifaqına repatriasiyası ilə əlaqədar idi. 1946-1948-ci illərdə Yaxın Şərq, Şimali və Cənubi Amerikadan, eləcə də Qərbi Avropadan 90 min erməni gəldi.

Ermənistanda yer adlarının dəyişdirilməsinə təsir edən digər sosial-siyasi proses isə SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli 745 saylı Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri haqqındakı qərarı oldu. Bu plana əsasən, 100 min nəfər “könüllü olaraq” köçürülməli idi. Köçürülmə prosesinin üç mərhələdə aparılması nəzərdə tutulmuşdu: 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər və 1950-ci ildə 50 min nəfər.

1967-1968-ci illərdə adların dəyişdirilməsinin kəskin artdığı görünür – bu dövrdə 50 toponim dəyişdirilmişdi. 1980-ci illərin sonlarında Ermənistan SSR-də yalnız 152 Azərbaycan kəndinın adı türk dilində idi.

Ümumiyyətlə, 1924-1988-ci illərdə Ermənistan SSR-də 600-dən artıq toponimin adı dəyişdirilmişdi. Daşınmaz Mülkiyyətin Kadastrı Dövlət Komitəsinin rəisi Manuk Vardanyanın sözlərinə görə, 2006-cı ildə daha 57 yaşayış məntəqəsinin, 2007-ci ildə isə 21 yaşayış məntəqəsinin adı dəyişdirilib. Yeni ad seçilməsi ilə əlaqədar problemlər olduğundan, bu proses çox vaxt alır.

http://dic.academic.ru saytının materialları əsasında

hazırladı Gündüz Nəsibov

 9 oktyabr 2014-cü il

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031